Süni intellekt ölmüş insanların səsləri ilə danışmağı öyrəndi

09:07 22-06-2023 | icon 269 | Maraqlı
Süni intellekt ölmüş insanların səsləri ilə danışmağı öyrəndi

ABŞ-nin “Meta” şirkəti səs faylları əsasında həm canlı, həm də ölü insanların səslərini təkrarlaya bilən generativ süni intellektin yeni modelini işləyib.

 

Qeyd edilir ki, “Voicebox” adlı süni intellekt modeli altı dildə danışa bilir.

 

“Meta”da bu tərtibatı “generativ süni intellekt sahəsində nitqlə bağlı sıçrayış” adlandırılıb.

 

Süni intellekt insan səsini həm də xarici dillərdə təqlid edə biləcək. Şirkətdən verilən məlumata görə, bu, filmlərin dublyajına, həmçinin internetdə məzmun yaradıcılarına videoları başqa dillərə tərcümə etməyə imkan verəcək.

 

Tərtibatçılar texnologiyanın potensial risklərini əsas gətirərək modelə ictimai girişi bağlamaq qərarına gəldiklərini əlavə ediblər.

 

“Generativ nitq modelləri üçün bir çox maraqlı istifadə halları var, lakin potensial sui-istifadə risklərinə görə biz hazırda “Voicebox” modelini və ya kodunu dərc etmirik”, - deyə şirkət sözçüsü bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA