Liseylərdə plan yerlərinin sayı necə AZALDILIR?

13:34 22-06-2023 | icon 375 | Təhsil
Liseylərdə plan yerlərinin sayı necə AZALDILIR?

Bir necə gün əvvəl Bakıda liseylərə qəbul imtahanı keçirildi. İmtahanda iştirak edənlərin çoxluğunu nəzərə alsaq, lisey və gimnaziyalarda təhsil almaq istəyənlərin kifayət qədər olduğu qənaətinə gəlmək mümkündür. Bu da təsadüfi deyil.

 

Son illərdə ölkə üzrə keçirilən fənn olimpiadaları, bilik yarışları və qəbul imtahanlarındakı nəticələrə baxsaq, görərik ki, şəhər liseylərinin şagirdləri ön plana çıxır. Bu da deməyə əsas verir ki, liseydə digər tədris müəssisələrindən daha yaxşı tədris prosesi həyata keçirilir.

 

Ancaq liseylərdə oxumaq istəyən bir çox şagirdin də bəzən bu arzusunu reallaşdırmaq imkanı olmur. Belə ki, ölkəmizin fərqli rayonlarında da kifayət qədər savadı olan uşaqlar az deyil.

 

Bəziləri hazırlıqlara belə, getmədən qəbul imtahanlarında yüksək nəticə əldə edirlər. Lakin onların rayondan şəhərə lisey üçün gəlmək imkanları olmur. Şəhərdə olan bəzi şagirdlər isə plan yerlərinin az olması səbəbindən qəbul olmaq şansını əldən verirlər.

 

Bunu da bir növ liseylərin işlətdiyi gizli fənd kimi anlamaq olar. Niyəsi isə odur ki, hər bir müəssisə istəyər ki, onun göstəriciləri yüksək olsun. Zəkası yüksək şagirdlə işləmək isə bu məqsədə aparan əsas faktordur.

 

Bəs liseydə oxumaq istəyən şagirdlərin arzusunu reallaşdırmağa mane olan amillər nələrdir?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Elmin Nuri Bizim.Media ilə fikirlərini bölüşüb.

 

Onun sözlərinə görə, mərkəzləşdirilmiş qaydada qəbulun həyata keçirilməsi ilə bir çox yumşalmalar baş vermiş oldu:

 

“Artıq ikinci ildir ki, lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi üçün bu istiqamətə maraq xeyli artıb. Əvvəllər liseylərə qəbul olmaq istəyən şagird yalnız bir müəssisəni seçir və oraya imtahan verməli olurdu. Bu da işi xeyli çətinləşdirirdi. Xeyli sayda şagird müsabiqədən kənar qalır, lazımi nəticəni göstərə bilmirdi. Hələ qabiliyyətlilik meyarı da həddindən artıq artırılırdı.

 

İkinci ildir ki, eynilə ali məktəbdə olduğu kimi, burada da şagirdlər ümumi imtahan verə, lazımi balı toplayaraq siyahıda olan 15 lisey və gimnaziyalardan birini seçə bilirlər. Yəni toplanan bal hansına uyğundursa, eynilə ali məktəb qəbulunda olduğu kimi seçim edilir.

 

Bu da lisey və gimnaziyalara qəbulu xeyli yumşaldır. İşin müsbət tərəfi budur ki, bir uşaq mərkəzləşdirilmiş qaydada imtahanla yanaşı, hər hansı bir siyahıda olmayan 15 lisey və gimnaziyaların istənilən birinə fərdi şəkildə də müraciət edib, orada da imtahan verə bilər. Burada seçim şagirdin özündən asılıdır”.

 

Ekspertin sözlərinə görə, plan yerlərinin azlığı, pilot layihədə iştirak edən lisey və gimnaziyaların azlığı və  ümumi olaraq da sayının azlığı bu məsələdə hələ də çətinliklər yaradır:

 

“Əvvəllər liseylərə bu qədər tələbatın olduğunu görmürdük. Çünki şagird və valideyn özü də rəqabət meyarını, ayrılmış yerlərin həddindən artıq savadlı uşaqlar tərəfindən dolduğunu görür və istəklərindən daşınırdılar. Məsələn, ixtiyari bir liseydə dördüncü sinfə qəbul üçün cəmi 30 yer ayrılırdı. Amma orada oxumaq istəyənlərin sayı 4-5 min civarında idi. Görün, bir yer üçün neçə şagird mübarizə aparmalı olurdu?

 

Orta statistik göstəricili usaqlar da buna görə müsabiqəyə qatılmaqdan imtina edirdilər. Nəticə də həmin şagirdlərin psixologiyasına zərərsiz ötüşmürdü. Statistika aparsaq, görərik ki, liseylərdə oxumaq istəyən uşaqlar imtahandan kəsildikdə sonradan məktəbdə oxumağa maraqları qalmır, dərslərində geriləmə yaranır”.

 

Təhsil eksperti təklif edir ki, hazırda olan çatışmazlıqları aradan qaldırmaq üçün bölgələrdə də filialların açılması məqsədəuyğun olar:

 

“Ötən il 10 449 şagird elektron müraciət etmişdi. Bu il isə onların sayının artacağı gözlənilir. Düzdür, imtahanlar yeni bitdiyinə görə hələ ki tam ictimailəşdirilməyib. Amma müraciət üçün ilk iki gündə iki mindən çox uşağın müraciət etməsi builki sayın daha çox olduğunun sübutudur.

 

Təklif olaraq, bildirmək istərdim ki, mərkəzləşdirilmiş qaydada imtahanlara pilot olaraq cəlb olunan 15 lisey və gimnaziyaların sayı ən azı 30-40-a çatdırılsın. Plan yerlərinin sayı da artırılmalıdır. Daha bir önəmli məsələ - lisey və gimnaziyaların filiallarının rayonlarda da yaradılmasıdır.

 

Bu gün bölgələrimizdə oxuyan istedadlı şagirdlər daha yaxşı təhsil üçün paytaxta gəlmək məcburiyyətində qalırlar. Müəyyən səbəblərə görə isə təhsillərini liseydə davam etdirmək arzularını gerçəkləşdirə bilmirlər. Ona görə böyük lisey və gimnaziyaların bölgələrdə filiallarının açılması bu sahədə müsbət dəyişikliyə səbəb olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR