“Azərbaycan tərəfinin qəti addımlar atması üçün zaman yetişib”

13:00 23-06-2023 | icon 176 | Siyasət
“Azərbaycan tərəfinin qəti addımlar atması üçün zaman yetişib”

Rəşad Bayramov: “30 il də ayrı-ayrı güclərin mənasız danışıqlarına zaman sərf etmək niyyətimiz yoxdur”

 

“Erməni tərəfi regionda marağı olan müxtəlif oyunçuların girovuna çevrildiyi üçün belə təxribatları törədir. Maraqlı tərəflər çox olduğu üçün maraqlar da müxtəlif olur. İndi Rusiyanın, İranın, Avropa və ABŞ-ın konkret regionda maraqları var və Ermənistan da bu maraqlardan çıxış edərək bu və ya digər formada gərginliyi saxlayır”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Ermənistan silahlı qüvvələrinin Gorus istiqamətindən Laçını, qeyri-qanuni erməni silahlı dəstələrinin isə Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərindən Ordumuzu atəşə tutması ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq qeyd edib ki, reginda sülhə “tərəflərə təsir imkanlarını itirmək” kimi baxan Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlamaq üçün erməni təxribatlarında maraqlıdır və buna mövqelərini möhkəmləndirmək üçün fürsət kimi baxır.

 

Onun fikrincə, eləcə də Ermənistanı Rusiyanın təsirindən çıxarmaq və gələcəkdə bu ərazilərə beynəlxalq hərbi qüvvələrini yerləşdirmək istəyən Qərb və ABŞ  Rusiya “sülməramlı” kontingentinin öz işinin öhdəsindən gələ bilmədiyini və Rusiyanın sülhyaratma missiyasının iflasa uğradığını göstərmək üçün təxribatların baş verməsinə və münasibətlərin gərginləşməsinə göz yumur:

 

“Eyni şəkildə İran da həm iqtisadi, həm də siyasi maraqları baxımından sülhdə maraqlı deyil və bütün imkanları ilə bu cür erməni təxribatlarına dəstək verir.

Ermənistan özü isə bu cür vəziyyətdən və beynəlxaq oyunçuların sərgilədiyi mövqedən istifadə edərək vəziyyəti daha da gərginləşdirməklə Azərbaycan tərəfini qəti addımlar atmağa məcbur etmək istəyir. Ermənilər bununla növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq və təhlükəsizlikləri üçün hər hansı bir zəmanət olmadığı yalanını tirajlamağa çalışırlar”.

 

R.Bayramov bildirib ki, kimin nə deməsindən və hansı maraqlar güdməsindən asılı olmayaraq Azərbaycan tərəfinin qəti addımlar atması üçün zaman yetişib:

 

“Bizim daha 30 il ayrı-ayrı güclərin prossesi uzatmasına göz yummaq və mənasız danışıqlara zaman sərf etmək niyyətimiz yoxdur. Azərbaycan bu mövqeni qəti olaraq həm Ermənistanın həm də vasitəçi qismində çıxış edən hər kəsin nəzərinə çatdırmalı və ermənilərə konkret vaxt verməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq