Belarus klubundan gözlənilməz müraciət
“Neftçi” səfər oyununu da öz meydanında keçirə bilər
“Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində hər iki oyunu öz meydanında keçirə bilər.
Versus.Az xəbər verir ki, “ağ-qaralar”ın potensial rəqibi “Dinamo” (Minsk) bununla bağlı Azərbaycan təmsilçisinə müraciət edib. Onlar mərhələ keçəcəkləri təqdirdə hər iki qarşılaşmanın “Bakcell Arena”da oynanmasını istəyiblər.
Məlumatı “Neftçi”dən təsdiqləyiblər.
Qeyd edək ki, UEFA-nın qərarı ilə Belarus klubları avrokubok matçlarını neytral meydanda keçirməlidirlər. Bu səbəbdən “Dinamo” “Jelezniçar”la (Bosniya və Herseqovina) ev oyununu da Bakıda - “Qarabağ”ın rəqiblərini qəbul etdiyi “Azersun Arena”da keçirəcək. Sözügedən qarşılaşma iyulun 20-də baş tutacaq.
Konfrans Liqasında II raundun oyunları isə iyulun 27-də və avqustun 3-də keçiriləcək.
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir