“Qanun ödəniş xidmətlərinə çıxış imkanlarını genişləndirəcək”

15:20 24-06-2023 | icon 373 | Sosial
“Qanun ödəniş xidmətlərinə çıxış imkanlarını genişləndirəcək”

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin qəbul olunması ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarını genişləndirilməsinə, nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da artırılmasına təkan verəcək.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib:

 

"Layihə innovativ onlayn və mobil ödənişlərin inkişafını, daha etibarlı və təhlükəsiz fəaliyyətini və istehlakçıların daha etibarlı müdafiəsini təşviq edəcək. Nəticədə yeni iştirakçılar olan 3-cü tərəf provayder və “FinTech”lər daxil olmaqla, ödəniş xidməti təchizatçıları üçün bərabər bazar şəraiti yaradılmaqla, onların sıx əməkdaşlıq və güclü rəqabət şəraitində fəaliyyətləri dəstəklənəcək, daha sıx inteqrasiya olunmuş ödəniş bazarının yaradılması mümkün olacaq. Ümumilikdə, layihə ölkənin yeni ödəniş ekosisteminin yaradılmasını, ödəniş bazarında yeniliyi, rəqabəti və effektivliyi təmin edəcəkdir”.

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

MM-in komitə sədrindən DƏSTƏK

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

"Kartdan-karta" əməliyyatına görə 6 min manat CƏRİMƏ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər