İntiharların qarşısının alınması ilə bağlı MÜZAKİRƏ

14:05 25-06-2023 | icon 279 | Cəmiyyət
İntiharların qarşısının alınması ilə bağlı MÜZAKİRƏ

Elm və Təhsil Nazirliyində intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi Qrupunun iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, iclas görülmüş tədbirlər və gələcək fəaliyyətlərin müzakirəsinə həsr olunub.

 

Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir cəmiyyətin problemlərindən biri də intiharlardır.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünya üzrə 20 faiz intiharlar xüsusilə yeniyetmə və gənc yaşda olan şəxslərdə müşahidə edilir.

 

Bildirilib ki, intihar hadisələrinin baş verməsi minimuma endirilməklə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluqda müvafiq dövlət qurumları və təşkilat nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

 

Tədbirin yekununda adıçəkilən sahə üzrə dövlət orqanları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumların səy və imkanlarının birləşdirilməsinin zəruriliyi nəzərə alınaraq gələcəkdə birgə fəaliyyətlərin təmin edilməsi məqsədilə dövlət qurumları və təşkilat nümayəndələrindən ibarət tərkibdə İşçi Qrupu yaradılıb.

 

Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq Fəaliyyət Planına uyğun görülmüş işlər barədə də məlumat verən Firudin Qurbanov bildirib ki, ümumi təhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib.

 

Bununla yanaşı, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılması, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılıb.

 

Keçirilmiş tədbir və görüşlərdə valideynlər, psixoloqlar, həkimlər və müvafiq icra hakimiyyəti orqanlarının məlumat, həmçinin tövsiyələri dinlənilib, fikir mübadiləsi aparılıb.

 

Firudin Qurbanov “Məktəblinin dostu” layihəsinin psixoloqları tərəfindən aparılan tədqiqat işlərini də iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

Elm və Təhsil Nazirliyinin Ümumi Təhsilin Təşkili və İdarəolunması Şöbəsinin müdir müavini Orxan Abbasov ötən tədris ilində təhsil müəssisələrində görülən işlərlə bağlı hesabatla çıxış edib. Orxan Abbasov bildirib ki, məktəblərdə baş verən xüsusi hallarla bağlı nazirliyə operativ şəkildə məlumat verilir.

 

Daha sonra Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru Nail Əliyev, “Polisə Dəstək İctimai Birliyi” Qeyri-hökumət Təşkilatının sədri Şəmsəddin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Samir Yoldaşov məruzələrlə çıxış ediblər.

 

Çıxışlardan sonra fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.

 

Müzakirələr zamanı islamda intihara baxış, məişət zorakılığı, dövlət məmurlarının vəzifələri, hüquqi problemlərin həlli istiqamətində atılan addımlar və digər mövzulara dair təkliflərin müvafiq dövlət strukturlarına göndərilməsi qərara alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR