15 yaşlı məktəblinin şəhidlərdən bəhs etdiyi kitab - TƏQDİMAT

12:51 25-06-2023 | icon 383 | Cəmiyyət
15 yaşlı məktəblinin şəhidlərdən bəhs etdiyi kitab - TƏQDİMAT

Naxçıvan Dövlət Universitetində şəhid ailələri və qazilərin də iştirakı ilə 9-cu sinif şagirdi, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevindik Nəsiboğlunun “Möhtəşəm zəfərin nişanəsi” adlı kitabının təqdimat mərasimi təşkil edilib.

 

Gənc müəllifin kitablarından ibarət sərgiyə baxış keçirildikdən sonra tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan  espublikasının Dövlət Himni səsləndirilib.

 

Ali təhsil müəssisəsinin Tədris və  ərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbirdə qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Prorektor Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən vətənin qəhrəman oğullarından bəhs edilən kitabı şəhidlərimizin ölməz ruhuna həsr edilən qiymətli bir töhfə kimi dəyərləndirib. Rafiq Rəhimov azyaşlı müəllifi təbrik edərək, bu cür əvəzsiz bir əsəri ərsəyə gətirməsi münasibətilə onu təbrik edib.

 

44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfərimizdən söz açan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsinin dayandığını deyib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri milli ruhda yetişərək işğal altında olan torpaqlarımızın geri qaytarılmasında əvəzsiz rol oynadılar. Mirməcid Seyidov Sevindik Nəsiboğlunu şəhidlərə və 44 günlük Vətən müharibəsinə həsr edilən kitabının çapdan çıxması münasibətilə təbrik edib.

 

Sonra tədbirdə çıxış edən Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan, Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov, universitetin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova, Filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli və şəhid ailələri müəllifin yaşının az olmasına baxmayaq böyük iş ərsəyə gətirdiyini diqqətə çatdırıblar. Çıxış edənlər müəllifi təbrik edərək, ona bu şərəfli yolda uğurlar arzulayıblar.

 

Daha sonra çıxış edən Sevindik Nəsiboğlu bildirib ki, “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabın əsas mövzusunu 1-ci Qarabağ müharibəsi, atəşkəs dövründə, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət, 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçıları haqqında həssaslıq, vətənpərvərlik, Vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, şeirlər, şanlı ordumuza, qəhrəmanlığa həsr edilmiş şeirlər, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılmış Vikipediya səhifələri təşkil edib. Kitabda 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalə və şeir, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir və 365 nəfər şəhidimiz haqqında ensiklopedik məlumatın yer aldığı diqqətə çatdırılıb.

 

Əlavə olaraq nəzərinizə çatdıraq ki, 2008-ci ildə İmişli şəhərində anadan olan və hazırda Xırdalan şəhərində yaşayan Sevindik Nəsiboğlunun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabları 2018-ci ildə, “Ulu Naxçıvanım” adlı nəsr və “Könüllərə yol gəzirəm” adlı şeir kitabları isə 2020-ci ildə nəşr edilib.

 

Sonda müəllif şəhid ailələrinə, Naxçıvan Qaziləri İctimai Birliyinə və universitetə təqdimatı keçirilən kitabı hədiyyə edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR