İlk dəfə ekstazidən istifadəyə icazə verdilər
Avstraliya dünyada ilk dəfə olaraq travma sonrası stress pozğunluğu və depressiyanın müalicəsində psixoaktiv maddələrin istifadəsini qanuniləşdirib.
Bu barədə bazar günü Avstraliyanın Terapevtik Məhsullar İdarəsi məlumat verib.
Tənzimləyicinin bəyanatında qeyd edilir ki, lisenziyalı psixiatrlar 1 iyul 2023-cü il tarixindən etibarən müəyyən psixi sağlamlıq vəziyyətləri üçün tərkibində metilendioksi metamfetamin və ya psilosibin olan dərmanlar təyin edə bilərlər ki, belələri sırasına ekstazi də daxildir.
Eyni zamanda, qeyd edilir ki, xəstələr psixoaktiv maddələr əsasında hazırlanmış dərmanlardan yalnız həkim nəzarəti altında istifadə edə bilərlər və dərman vasitələrinin özləri də “ciddi nəzarət altında və yalnız tibbi məqsədlər üçün istifadə olunan dərmanlar” kateqoriyasına aid ediləcək. Əgər onlar qeyri-qanuni paylansa, “qanunsuz narkotik” hesab olunacaq.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...