Qarabağda Ermənistan ordusunun hərbciləri varsa...

14:21 04-07-2023 | icon 341 | Qarabağ
Qarabağda Ermənistan ordusunun hərbciləri varsa...

 

 

İyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin “Qisas” əməliyyatında məhv edilmiş iki hərbçisinin meyitinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılması Azərbaycanın humanizm prinsiplərinə sadiq qaldığını nümayiş etdirməklə yanaşı, separatçı dövlətin ökəmizə qarşı hansı “güclə” çıxış etdiyini bird aha sübut edir. Artıq Qarabağda Ermənistan ordusunun hərbcilərinin olduğu rəsmən təsdiqləndi.

 

Azərbaycan tərəfi bu faktı əsas tutaraq hansı addımları atmalıdır?

 

"Azərbaycanın müvafiq addımlar atması üçün həm hüquqi, həm siyasi əsasları var"

 

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, Qarabağda erməni təxribatlarına cavab olaraq Azərbaycan ordusu adekvat addımlar atıb. Bunun nəticəsində 5 erməni silahlısı məhv edilib ki, onlardan ikisi Ermənistran Ordusunun həbçisidir. Ekspert bu faktın Ermənistanın Qarabağdan öz ordusunun qalıqlarını çıxartmadığını göstərgisi kimi qeyd edib.  

 

“Bu, 2020-ci il 10 noyabr sazişinin müvafiq bəndinə ziddir. 44 günlük müharibədən 2 il yarım keçməsinə baxmayaraq Ermənistan öz silahlı qüvvələrini regiondan çıxarmaqla bağlı öhtəliyini həyata keçirməyib.  Təbii ki, Azərbaycanın müvafiq addımlar atması üçün həm hüquqi, həm siyasi əsasları var. Hesab edirəm ki, ölkəmiz Qarabağda erməni hərbi birləşmələrinin, o cümlədən Ermənistan ordusunun qalıqlarının  məhv edilməsi və zərərsizləşdirilməsi ilə bağlı daha konkret addımlar ata bulər və yaxın perspektivdə belə addımların atılması tamamilə mümkündür. Biz uzun müddət gözləyə bilmərik. Ölkəmiz öz suverenliyini, ərazi bütövlüyünü bərqərar etmək üçün bölgədə müvafiq addımlar ata bilər və bu ehtimal hər gün artmaqdadır”.

 

"Azərbaycan növbəti təmizləmə, yaxud “Qisas” əməliyyatını keçirmək məcburiyyətində qalacaq”

 

Hərbi ekspert Ədalət Verdiyev  qeyd edib ki,  Azərbaycan tərəfi həmişə rusların müvəqqəti nəzarətində olan ərazilərdə erməni silahlılarının qalmasını qəbuledilməz sayıb.

 

“Sadəcə biz bu problemin güc yolu ilə deyil, 2 il yarım əvvəl qəbul edilən və imzalnan üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq yerinə yetirilməsinin tərəfdarıyıq. Lakin görünən odur ki, nə Ermənistan öz silahlılarını Qarabağdan çıxardır, nə də  rus kontingenti üzərinə düşən öhtəliklərini yerinə yetirmir. Bu gün üçtərəfli sazişin Ermənistan və Rusiya kontingenti tərəfindən yerinə yetirilməməsi  Azərbaycanı bu istiqamətdə daha adekvat, təsirli addımlar atmağa vadar edir. Əgər ermənilər və Rusiya öz davranışlarına ciddi korreksiyalar etməsələr, Azərbaycan növbəti təmizləmə, yaxud “Qisas” əməliyyatını keçirmək məcburiyyətində qalacaq”

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR