“MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti Tofiq Bakıxanovla

13:19 07-07-2023 | icon 266 | Mədəniyyət
“MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti Tofiq Bakıxanovla

İyulun 12-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovla həyata keçiriləcək.

 

Qara Qarayevin Ev Muzeyində baş tutacaq görüşdə dahi musiqiçi Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək. Tədbir müddətində həmçinin “Bəstəkarlıq sənətinin inkişafı ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasəti kodeksində”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev fenomeni” və “Azərbaycan bəstəkarlıq sənətinin qorunması, ötürülməsi, tədqiqi və  təbliğində gənc nəslin rolu” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc, istedadlı musiqiçilərin təqdimatında Azərbaycan bəstəkarlarının məşhur əsərləri səsləndiriləcək.

 

Qeyd edək ki, həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.

 

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://rb.gy/5nath

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA