Məşhur gürcü mahnısı EMINlə Nani Bregvadzenin ifasında

15:12 07-07-2023 | icon 314 | Mədəniyyət
Məşhur gürcü mahnısı EMINlə Nani Bregvadzenin ifasında

EMİN əfsanəvi gürcü müğənnisi Nani Breqvadze ilə ortaq dostları və sənətçi Vaxtanq Kikabidzenin xatirəsinə duet yazdırıb. Rus dilinə "Çiçəklər ölkəsi" kimi tərcümə olunan ყვავილების ქვნა mahnı 40 ildən çoxdur ki tanınır və artıq Gürcüstanda populyar və sevimli mahnıya çevrilib. Bu, EMİN-in repertuarında gürcü dilində ifa olunan ilk mahnıdır.


Versus.Az xəbər verir ki, bu mahnının çəkilişləri hələ 2022-ci ildə Vaxtanq Konstantinoviç Kikabidzenin iştirakı ilə planlaşdırılırdı.

 

Birgə duet ideyası sənətçilər arasında çoxdan müzakirə olunub. EMİN paylaşımında belə yazır:

 

“Mən yeniyetmə yaşlarımda Amerikada yaşayarkən tez-tez məşhur ifaçıların, o cümlədən Nani Breqvadzenin, Vaxtanq Konstantinoviçin disklərini alırdım. Bubanın ifa etdiyi KVAVİLEBİS KVEKANA mahnısına rast gəldim və bu əsər 14 yaşımdan bəri ruhumu oxşayır. Vaxtanq Kikabidze ilə Bakıda keçirilən ZHARA festivalları zamanı çox yaxın dost olduq və bu kompozisiyanı birgə ifa etməyimizi uzun müddət müzakirə etdik. Təəssüf ki, o, mahnının yazılması üçün ömür vəfa etmədi. Onun çox yaxın dostu olan Soso Abzianidze bizə bu heyrətamiz əsəri Vaxtanqın həyatında məxsusi yer tutan əfsanəvi Nani Breqvadze ilə ifa etməyi təklif etdi. İştirak etdiyi üçün Nani xanıma minnətdarlığımı bildirirəm. Çox səmimi bir iş alındı - içimdən gələn bu musiqi böyük Artist, mənim dəyərli dostum Vaxtanq Konstantinoviç Kikabidzenin xatirəsinə həsr olunur.”

 

Klip günəşli Tbilisidə, Tamara Qverdtsiteli, Vaxtanq Kikabidze və bir çox başqa məşhur gürcü və sovet ifaçıları ilə birlikdə çalışmış məşhur rejissor Zaza Oraşvili tərəfindən lentə alınıb. Çəkiliş üçün şəhərin kənarındakı ən gözəl və məşhur yerlərdən olan “Qardeniya” bağı seçilmişdir.


Mahnının bəstəkarı Mixail Çirinaşvili, sözlərin müəllifi Bidzina Feradzedir.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA