Bakını qatı tüstüyə bürüyən yanğın söndürüldü
Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında boş ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Versus.Az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
İlkin məlumata əsasən, boş ərazidə təkər tullantıları yanır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"