“Ana dili - Azərbaycan Məktəbi”nə qeydiyyat başlayır

16:19 07-07-2023 | icon 321 | Təhsil
“Ana dili - Azərbaycan Məktəbi”nə qeydiyyat başlayır

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün əhəmiyyətli bir layihənin tətbiqinə start verir - xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili - Azərbaycan məktəbi”nə qeydiyyat başlayır.

 

“Ana dili - Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından (aşağı yaş qrupu (6-10 yaş); orta yaş qrupu (11-13 yaş); yuxarı yaş qrupu (14-18 yaş)) olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edəcək.

 

Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda virtual Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Layihədə iştirak üçün müraciət edən şəxs Azərbaycan dilini bilmə səviyyəsinin müəyyən edilməsi məqsədilə təşkil ediləcək yoxlamadan keçdikdən sonra müvafiq qrupda dərslərə qoşulacaq.

 

2023-24-cü tədris ilini əhatə edəcək proqram çərçivəsində virtual dərslər bu ilin 15 sentyabr tarixindən başlanacaq.

 

Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə iki-üç dəfə olmaqla virtual öyrənmə platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək.

 

Məktəbin tədris proqramı üç səviyyədə (başlanğıc, orta, yüksək) ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb.

 

Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.

 

Qeydiyyat prosesi 12 iyul 2023-cü il tarixinə qədər http://anadili.agma.az/ platforması vasitəsilə aparılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR