Gənc siyasətçidən professor Cəmil Həsənliyə SİYASİ ETİKA DƏRSİ

20:04 07-07-2023 | icon 654 | Siyasət
Gənc siyasətçidən professor Cəmil Həsənliyə SİYASİ ETİKA DƏRSİ

Ramil Hüseynov: “Neçə il deputat olan bir yaramazın təhqiredici düşüncələrinə sərt cavab verməmək  olmur”

 

Siyasi radikallar yenə əllərinə “çömçə” alıb qarışdırır. Bu dəfə iqtidarı yox, müxalifəti. Bu dəfə hədəfdə “Siyasi Partiyalar Haqqında” qanuna əsasən baş verən dəyişilmələrdə özünün kursunda yenilənmə edən siyasətçilər, partiyalardır. Yenə qarışdıran Milli Şura üzvü Cəmil Həsənlidır. O, fəaliyyətini dayandıran partiyaları “özünü buraxanlar” adlandırmaqla, növbəti dəfə siyasi auranı bulandırıb. Özünün siyasi kursunda dəyişiklik edən və artıq Yeni Xətt Müstəqil Tədqiqatlar Mərkəzi kimi fəaliyyətini davam etdirən Ramil Hüseynovun Cəmil Həsənliyə reaksiyası gecikməyib.

 

Bununla bağlı Versus.az-a açıqlama verən Ramil Hüseynov professor Cəmil Həsənliyə siyasi etika dərsi keçib, bir az "acısı" da var...

 

“Hörmətli professor, siyasətdə siyasi biliklərə malik olmaq, elmi biliklərə yiyələnmək, intelekt sahibi olmaq, milli-mənəvi dəyərlərimizi özündə cəmləşdirmək, siyasi rəqabəti əxlaq çərçivəsində aparmaq kimi əxlaq məziyyətlərinə daxil olan vacib elementlər var. Bu sadaladığım kefiyyətlər hər bir siyasətçidə olmalıdı”.

 

Heç vaxt kimisə alçaltmaqla, siyasi ədəb qaydalarına zidd addımlar atıb siyasi proseslərdə iştrakın tərəfdarı olmadığını qeyən R.Hüseynov, qeyd edib ki, bu gün professor adını daşıyan, prezidentliyə namizəd olan, neçə il millət vəkili  kimi fəaliyyət göstərən bir yaramazın təhqiredici düşüncələrinə  sərt cavab verməmək  olmur.

 

R.Hüseynov qeyd edib ki, Cəmil Həsənli əgər həqiqətən siyasi  oyunlarda iştirak edən özünə hörmət qoymağı bacarmayan, oyun qaydalarında özünü riyakarcasına aparan siyasi partiyaları qeyd etsəydi təbii ki, bu onların arasında olan məsələ kimi qalacaqdı. Amma...

 

“bu simasız, yaramaz özünə yaraşan tərzdə öz fəaliyyətini dayandıran partiyaları “özünü buraxanlar” adlandırır. Əziz xalqımdan üzr istəyərək mən bu səviyyəsiz siyasətçığazın cavabını vermək məcburiyyətindəyəm. Azərbaycan siyasətində hər kəsə hörmət etmək, hörmətlə yanaşmaq, əxlaq, etik qaydalara uyğun davranmaq tərbiyədən irəli gəlir. Bu tərbiyə sahibi olmayan tərbiyəsizlər öz adlarını həmişə başqasına qoyublar deyə elə bilirlər ki, öz etdiklərini hər kəs edir. Sən, Cəmil Həsənli, parlamentdə necə təmsil olunmusan, nəyin hesabına kimin hesabına hansı şərtlər daxilində və o vaxtı özünü hara buraxmısan, səninlə bir yerdə özünü buraxanlar kimlər olub, bir düşün!  Əgər düşünməyə də qabiliyyətin çatmırsa sən əlinə qələm alıb və yaxud kompüter arxasına keçib, sərsəm düşüncələrini  heç yerə köçürmə. Sən artıq ağlını da, özünü də hər şeyini belə itirmiş bir adamsan. Sən əllərini çoxdan qaldırmış, hətta ayaqlarını qaldırmış bir şəxs olmusan. Sadəcə o mənzərəyə əvvəllər milli qüvvələr nəzarət edirdi. Ən azından ağlına ciddi nəzarət edirdilər, indi isə xarici qüvvələrin nəzarətinə keçmisən. Gündə buraxılıb, tutulursan. Yazını yazanda, düşüncələrini ifadə edəndə diqqətli və ağıllı ol!  Sən kimlərin siyasi telindən asılmısan və elastik tellərlə arada səni hara buraxıb qaytarırlar biz onu yaxşı bilirik. Yaşına-başına hörmət qoy sənin və sənin kimilərin siyasi detallarını bloklayıblar, çünki  sürüşkən mühərrik yağlarından çox istifadə etmisiz”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR