Türkiyənin ən “bəxtsiz maralı”

10:02 11-07-2023 | icon 224 | Maraqlı
Türkiyənin ən “bəxtsiz maralı”

Sosial şəbəkələrdə yayılan qeyri-adi buynuzlu maralın görüntüsü çoxsaylı müzakirələrə səbəb olub.

 

Kadrlar Türkiyədəndir və vəhşi təbiət fotoqrafı Mustafa Aslan tərəfindən qeydə alınıb. Fotoya istifadəçilər artıq ad da qoyublar: “Bəxtsiz maral”.

 

Məsələ burasındadır ki, genetik qüsur səbəbindən belə maralların cütləşmə şansı azdır və hətta demək olar yoxdur.

 

“Buynuzlarındakı bu qüsur ona böyük bir əngəl yaradır. Onlar cütləşmə dövründə böyürərək ətrafa səslərini eşitdirməyə çalışırlar, bununla da digər erkək marallara öz ərazilərini göstərirlər. Digər erkək marallar isə dişiləri bölüşmək istəmirlər. Buna görə də dava edirlər. Onlar bu döyüşü buynuzlarını bir-birinə vuraraq aparırlar. Şəklini çəkdiyimiz bədbəxt maral, deyəsən, mübarizəni qazanacaq vəziyyətdə deyil. Ona yazığım gəlir, amma əlimizdən heç nə gəlmir. Bu, təbiətin qanunudur, kimi qazanır, kimi uduzur”, - deyə fotoqraf vurğulayır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR