Güclü külək növbəti dəfə Mingəçevirdə fəsadlar törədib.
Xezerxeber.az xəbər verir ki, iri gövdəli ağaclar küləyin təsirindən gövdəsindən ayrılaraq binaların üzərinə, piyadaların, avtomobillərin hərəkət etdiyi hissələrə düşüb.
Şəhərin müxtəlif ünvanlarında elektrik verilişində də fasilələr yaranıb. Təbiət hadisəsi zamanı Heydər Əliyev prospekti, Füzuli, İslam İslamzadə, Həzi Aslanov küçələrində iri gövdəli ağaclar aşıb.
Mingəçevir şəhəri ərazisində küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları ərazilərə cəlb edilib.
İdarənin rəis müavini Tahir Abdullayev, nömrələnmiş təhlükəli ağaclarla bağlı məsələyə də aydınlıq gətirib.
Daha ətraflı süjetdə: