Göyçay sakininin qurbağa ferması

06:16 12-07-2023 | icon 399 | Maraqlı
Göyçay sakininin qurbağa ferması

Göyçay sakini yaratdığı qurbağa təsərrüfatı ilə həm pul qazanır, həm də insanları xəstəlikdən sağaltdığını iddia edir. 

 

İllər əvvəl paytaxtdakı tibb mərkəzlərindən birində işləyən Sahib Əliyev 30 ildən çoxdur “zob” xəstəliyini qurbağa ilə müalicə etdiyini söyləyir.  O, qurbağaların uzun müddət yaşaması və qidalanması üçün kiçik hovuz düzəldib.

 

Təsərrüfatında 100-dən çox qurbağası olan Sahib Əliyev deyir ki, onların qidalanmasına, həmçinin qulluq edilməsinə xüsusi diqqət yetirmək lazımdır. Əks halda soyuq qış aylarında tələf ola bilər.

 

Təsərrüfat sahibinin qurbağaları artırmaqda məqsədi insanları Çin təbabəti üsulu ilə müalicə etməkdir. Onun sözlərinə görə, “zob” xəstəliyi olan insanları çay qurbağası ilə sağaldır. 

 

Rayon sakini Təhminə Məmmədova illərdir ki, “zob” xəstəliyindən əziyyət çəkdiyini, Çin təbabətinin bu maraqlı üsulu ilə şəfa tapdığını bildirir: 

 

“Məndə boğulmalar olurdu, tez-tez əsəbləşirdim, yorulurdum, təngənəfəs olurdum. Çox çətinlik çəkirdim. Həkimlər mənə “müalicə nəticə verməsə, əməliyyat olunmalısan” demişdilər. Sonra qohumlarım məsləhət gördülər ki, belə bir həkim var, qurbağa ilə müalicə edir, bunu da yoxlayım. Gəldim, müalicə kursu götürdüm və xəstəliyim keçdi. Qızımda da “zob” xəstəliyi var, o da burada müalicə alır”. 

 

Digər sakin Firuzə Əliyeva da bu yolla sağaldığını deyir: 

 

“Həkimlər qurbağa ilə müalicə olunacağımı biləndə, dedilər ki, qurbağa hara, tibb hara? Bir kurs müalicə aldım, ikinci kurs üçün gələndə, ultrasəs müayinəsindən keçdim. Xəstəxanadakı həkimlər şoka düşmüşdülər ki, bir seansa bu qədər ərimə necə ola bilər”.

 

Sahib Əliyev “zob” xəstəliyindən əziyyət çəkən insanları 3 gün ərzində çay qurbağası ilə müalicə etdiyini söyləyir. Onun sözlərinə görə, xəstə əvvəlcə ultrasəs müayinəsindən keçirilir. “Zob” xəstəliyi barədə dəqiq diaqnoz əldə edildikdən sonra müalicə tətbiq olunur. 

 

Həkim qurbağanı hər gün 90 dəqiqə ərzində xəstənin boğazına yapışdırmaqla “zob”un zəhərini çəkir: 

 

“Elə qurbağa olur ki, xəstənin boğazında heydən düşür, bəzən də ölür. Çünki qurbağa “zob”da olan zəhəri qarnının altı ilə özünə çəkir. Bir aydan sonra təkrar ultrasəs müayinəsinə göndəririk. Bəzən də olur ki, təkrar müalicəyə ehtiyac duyulur. Əlbəttə, həkimin rəyi və müayinə cavabı olmasa, xəstə qəbul etmirik”. 

 

Müsahibimiz Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədən olan 500-ə yaxın xəstəni müalicə edərək, sağlamlığına qovuşdurduğunu deyir. 

 

Qeyd edək ki, qalxanvari vəz problemi hormonal pozğunluqdur. Həkim-endokrinoloqlara görə, “zob”un qurbağa ilə müalicəsinin heç bir elmi əsası yoxdur və bu, xəstəliyə müsbət təsir edə bilməz. Sinir mənşəli boğulmalara xeyri olsa da, qurbağanın “zob”un özünə heç bir faydası yoxdur. /Bizim.Media/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...