Qida təhlükəsizliyi ilə bağlı yoxlamalar

14:36 12-07-2023 | icon 269 | Təhsil
Qida təhlükəsizliyi ilə bağlı yoxlamalar

200-dən çox təhsil müəssisəsində nöqsanlar aşkarlanıb

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təhsil müəssisələrində aparılan yoxlamaların nəticəsini açıqlayıb.

 

Versus.Az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirilir:

 

“Tədbirlər çərçivədə respublikada fəaliyyət göstərən təhsil müəssisələrində qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə cari ilin 6 ayı ərzində 174 ümumi təhsil müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 172 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə əlaqədar nöqsanlar aşkar edilib. Aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq qərarlar qəbul olunub. 

Eyni zamanda, agentlik tərəfindən 32 ali təhsil müəssisəsinin qida blokunda yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı 31 müəssisənin 72 qida blokunda qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı nöqsanlar aşkar edilib. 29 müəssisənin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib olunub, doqquz müəssisənin qida blokunun fəaliyyəti isə müvəqqəti məhdudlaşdırılıb. Təkrar yoxlamalar zamanı 29 ali təhsil müəssisəsinin 68 qida blokunda nöqsanların tamamilə aradan qaldırıldığı müəyyən edilib”.

 

O qeyd edib ki, doqquz ali təhsil müəssisəsində görülmüş sağlamlaşdırıcı tədbirlər nəticəsində məhdudlaşdırıcı qərar qüvvədən salınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq