Natalia Oreyro ilə duet oxuyub məşhurlaşan azərbaycanlı

21:34 12-07-2023 | icon 473 | Film
Natalia Oreyro ilə duet oxuyub məşhurlaşan azərbaycanlı

“Onun məni seçəcəyini gözləmirdim”

 

Argentinanın dünyaca məşhur “Vəhşi mələk” serialının aparıcı qəhrəmanı, uruqvaylı aktrisa və müğənni Natalia Oreyro azərbaycanlı müğənni və aktyor Ramail Bayramlı ilə bərabər özünün sevilən hitlərindən birini ifa edib.

 

Duet TNT kanalında yayımlanan “Musiqi intuisiyası” şousu çərçivəsində baş tutub.

 

Natalia Oreyro sözügedən şouda qonaq, azərbaycanlı müğənni Ramail Bayramlı isə iştirakçı qismində olub.

 

“Musiqi intuisiyası” şousunda, əsasən, məşhur hitlər ifa olunur, bu vasitə ilə istedadlı vokalçılar üzə çıxır və ictimaiyyətə tanıdılırlar.

 

Ramail Bayramlının Natalia Oreyro ilə birlikdə oxuduğu şounun buraxılışı hələ ötən ilin fevralında yayımlanıb, lakin duet ifası birdən-birə son aylarda populyarlıq qazanmağa başlayıb.

 

Sosial şəbəkə istifadəçiləri şərhlərdə Ramailin istedadını qeyd edir və “Me muero de amor” mahnısının onlarda nostalji hisslər oyatdığını vurğulayırlar.

 

- Ramail, internetdə sizin Natalia Oreyro ilə “Musiqi intuisiyası” şousunda ifa etdiyiniz mahnı çoxlu baxış sayı qazanıb...

- Nəhayət ki (gülür). Bakıda da həmən ifa nədənsə bu günlərdə çoxlu baxılmağa başlayıb. İndiyə qədər bu ifa haqqında az adam məlumatlı idi. Yayıma təqdim edilməmişdən əvvəl hər şey ən ciddi şəkildə nəzarətdə idi, mən bu videonu şəxsi hesabımda belə, paylaşa bilməzdim. Lakin sonra nədənsə ifa bir o qədər diqqət cəlb etmədi. Amma niyə ifa məhz indi populyarlaşdı? Bu, mənim üçün də sirr olaraq qalır.

 

Mənim bu verilişdə iştirakım tamamilə təsadüf nəticəsində mümkün oldu, mən, sadəcə, həmin kanalda efirə çıxmaq, proyektlərini tanıtmaq, məşhurlaşmaq istədim. “Musiqi intuisiyası”na müraciət etdim, təbii ki, müəyyən perspektivlərə ümidim var idi. Nəticədə onların xoşuna gəldim, məni şouya dəvət etdilər, bütün mərhələləri keçib efirə çıxdım, ardını isə artıq siz də gördünüz.

 

Layihə iştirakçılarına proqram çərçivəsində ifa etməli olduğumuz mahnılar təqdim edildi. Veriliş zamanı mənim çıxışımı proqramın lap sonuna saxladılar, hətta əsəbiləşməyə başladım - düşündüm ki, məndə alınmayacaq, tamaşaçılar isə mənim təkcə yaraşıqlı olduğumu deyil (gülür), həm də yaxşı oxumaq bacardığımın olduğuma şahidlik edə bilməyəcəklər.

- Natalia Oreyro ilə görüşünüzdən danışın, onunla çıxışınızdan əvvəl, yaxud sonra ünsiyyətdə olmuşdunuzmu?

- Natalia Oreyronun proqramda iştirak edəcəyini bilirdik. Onun məni seçəcəyini gözləmirdim. Məni dəstəkləyən, alqışlayan hər kəs solo çıxış edəcəyimi düşünürdü. Amma gördüyünüz kimi, məsələ fərqli oldu. Lakin xeyr, biz səhnədən savayı heç bir yerdə görüşməmişdik.

- Siz “Səs Azərbaycan” musiqi yarışında iştirak etmisiniz...

- Bəli, bu çoxdan, hələ 2015-ci ildə olub. Layihə iştirakçılarından danışsaq, hər şey ədalətli idi, ən istedadlılar seçildilər. Nəticədə mən 1/8 finala qədər irəlilədim.

- Bəs “Səs Rusiya” layihəsində necə, iştirak etmək istəmisiniz?

- Niyyətim var idi, amma o vaxt həyatımda baş verən hadisələrdən dolayı alınmadı. 2016-cı ildə mən Şukinski Teatr İnstitutunun aktyorluq və rejissorluq fakültələrinə qəbul oldum. Dərs prosesi mənim vaxtımı məşğul etdiyindən “Səs Rusiya”ya qatılmaq mümkün olmadı. 2020-ci ildə aktyorluq, 2021-ci ildə isə rejissorluq fakültəsini bitirdim. Yalnız bundan sonra “Musiqi intuisiyası”na qatıldım...

- Universiteti bitirdikdən sonra həyatınız necə davam edir?

- İstər Moskvada, istərsə də Bakıdakı layihələrdə kiçik epizodik rollarım olub. İxtisasım üzrə inkişaf etməyi planlaşdırıram. İndi qismən müəllimlik fəaliyyəti ilə məşğulam. Məni yenicə Yekaterinburqdakı Teatr Universitetinə, rejissorluq kurslarında bildiklərimi tədris etməyə dəvət ediblər.

- Prioritetiniz nədir - musiqi karyerası, yoxsa aktyorluq-rejissorluq?

- Heç vaxt fərq qoymamışam. Deyirlər axı, istedadlı adam hər sahədə istedadlıdır. Və mənim üçün bu, sadəcə, sözlər deyil. Rəssam da, xilasedici də, aktyor da, müğənni də, rejissor da ola, bir sözlə, istənilən sahə ilə məşğul ola bilərəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq