Bu partiyalar GÖZLƏMƏDƏDİR

10:07 13-07-2023 | icon 424 | Siyasət
Bu partiyalar GÖZLƏMƏDƏDİR

Azərbaycan ictimai-siyasi mühitinin yeni mərhələsi başlayır. Belə ki, “Siyasi partiyalar haqqında” qanunun tələblərinə görə, partiyalar yenidən invertarlaşdırılıb, onların üzvləri haqqında ən xırda detallara qədər məlumatlar toplanaraq yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinin müvafiq idarəsinə göndərilib. Tələbə görə, hər bir siyasi partiya beş min nəfərlik üzvünün olması ilə bağlı imzalı sənəd hazırlamalıdır. Həmin sənəddə üzvlərin yaşayır yerləri, əlaqə nömrələri və digər şəxsi məlumatlar göstərilməlidir. Bu tələb yeni ortaya çıxan zaman əksər siyasi partiyalar bunu siyasi fəaliyyətin məhdudlaşırılması kimi qiymətləndirirdilər. Hətta deyirdilər ki, Azərbaycan reallığında bu prosesin öhdəsindən gəlmək mümkün olmayacaq.

 

Xatırladaq ki, son 4 ayda 30 siyasi partiya  fəaliyyətini dayandırıb. Onlar arasında məşhur siyasətçilərin də sədr olduğu partiyalar var. Misal üçün, Əli Əliyevin sədr olduğu Vətəndaş və İnkişaf Partiyası (VİP), Lalə Şövkətin Azərbaycan Liberal Partiyası və s.

 

Artıq bir neçə partiya sənədlərini toplayaraq Ədliyyə Nazirliyinə təqdim edib ki, onların arasında Azərbaycan Xalq Partiyası (AXP), AĞ Partiya, Ümid Partiyası və Müasir Müsavat Partiyasının da adı var.

 

AXP sədri Pənah Hüseyn bildirib ki, qanunda tələb olunan sənədlər, o cümlədən üzvlərin 5854 nəfərdən ibarət sayda reyestri kağız və elektron variantda Ədliyyə Nazirliyinə təqdim edilib:

 

“Hazırda nazirlikdən cavab gözləyirik. Addımlarımızı ona uyğun müəyyənləşdirəcəyik”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, xüsusi bir planları yoxdur:

 

“Qurultayımızı keçirmişik, təşkilatlanmanın yeni mərhələsindəyik. Hesab edirəm ki, bizimlə bağlı heç bir problem olmamalıdır. Düzü, heç imza toplamadıq. Üzvlərimiz arasından tələb olunan sayda insanların məlumatlarını nazirliyə təqdim etdik. Üzvlərin hamısını təqdim etməyə ehtiyac yoxdur. 5 min deyilib, o qədər də vermişik”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sənədləri iyul ayının 5-i təhvil verdiyini deyib:

 

“Hər şeyi qanunauyğun şəkildə təqdim etmişik. Ədliyyə Nazirliyindən cavab gözləyirik. Üzvlərimizin sayı qanunda göstərildiyindən artıq idi”.

 

AĞ Partiya sözçüsü Cavanşir Abbaslı deyib ki, Ədliyyə Nazirliyinə rəsmi olaraq 10 mindən çox üzvün sənədlərini təqdim ediblər:

 

“Partiyamızda heç bir narahatlıq yoxdur və qeydiyyatdan uğurla keçəcəyimizi düşünürəm. Hazırda AĞ Partiyada vəziyyət olduqca yaxşıdır. Tam əminliklə deyə bilərəm ki, bizim partiya hər həftə müəyyən sayda üzv qəbul edən yeganə partiyadır. AĞ Partiya ölkədə iqtidar partiyanı çıxmaq şərtilə müxalifət düşərgəsində ilk sırada qərarlaşan partiyaya çevirilib. 5 min imza məsələsi ortaya çıxdıqdan sonra problem yaşamayan partiya da məhz biz olduq. Əslində, siyahını ilk gündən nazirliyə təqdim edə bilərdik. Sadəcə, müəyyən aylar ərzində üzvlərimizin sayını daha da dəqiqləşdirdik, onların məlumatlarını gözdən keçirmək üçün işlər görüldü. Hər kəs əmin olsun ki, AĞ Partiya hər zaman öz fəaliyyəti ilə Azərbaycan xalqının və dövlətçiliyin yanında olacaq”. /Globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...