On dörd minə yaxın müəllim sınaq qarşısında

12:45 13-07-2023 | icon 277 | Təhsil
On dörd minə yaxın müəllim sınaq qarşısında

Bu gün Bakı şəhəri 263 nömrəli tam orta məktəbə müəllimlərin işə qəbulu üzrə test imtahanlarının izlənilməsi məqsədilə mediatur keçirilib.

 

Versus.Az xəbər verir ki, mediaturda elm və təhsil nazirinin müavini Həsən Həsənli, millət vəkilləri, media qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

H.Həsənli jurnalistlərə açıqlamasında bildirib ki, bu il MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib:

 

“Hər il müəllimlik peşəsinə artan maraq bizi sevindirir. Bu gün də ən böyük imtahan mərkəzlərinin birində prosesi izlədik. Bu gün müsabiqənin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub. Hazırda 29 mərkəzdə proses eyni vaxtda davam edir. 10 min vakansiya üzrə 60 minə yaxın namizəd yerləri tutmağa çalışacaq”.

 

O qeyd edib ki, namizədlərin hansı region üzrə imtahanlarda yüksək bal topladıqları ilə bağlı nəticələr proses bitdikdən sonra məlum olacaq.

 

Qeyd edək ki, vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.

 

Xatırladaq ki, test imtahanları 11-15 iyul tarixlərini əhatə edir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR