Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan film çəkiləcək

18:28 13-07-2023 | icon 465 | Film
Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan film çəkiləcək

Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan film çəkiləcək. Bu barədə “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyindən (İB) bildirilib.

 

Belə ki, İB Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan sənədli film layihəsinin icrasına başlayıb.

 

Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda - çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, kəhrizlər, qəbiristanlıqlar, məqbərələr və qəbirüstü abidələrimiz mövcuddur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsin yer üzündən silinməsinə başlanılıb. Erməni vandallar azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər.

 

Layihənin də məqsədi bu faktları əsas tutaraq sənədli film ərsəyə gətirməkdir. “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın sözlərinə görə, filmin yaradıcı qrupu peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin vaxtilə şahidi olan Qərbi azərbaycanlıların xatirələrini lentə alacaq. Geniş araşdırmadan sonra iki dildə hazırlanacaq sənədli film yerli və xarici auditoriyaya təqdim olunacaq. Filmdə müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək köhnə fotoşəkillərə, videokadrlara da geniş yer veriləcək.

 

Filmin çəkilişləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq