“Qeyri-mümkün missiya” filminin premyeradan öncə nümayişi

13:07 14-07-2023 | icon 526 | Film
“Qeyri-mümkün missiya” filminin premyeradan öncə nümayişi

“Amburan Mall” ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən “CinemaPlus” premium kinoteatrında “Paramount Pictures”ın istehsalı olan “Qeyri-mümkün missiya: Ölümcül intiqam, 1-ci hissə” adlı ABŞ casus döyüş filminin premyeradan öncə nümayişi keçirilib. Bu, “Qeyri-mümkün missiya” franşizasında yeddinci filmdir və büdcəsi 290 milyon dollar təşkil edir.

 
Rejissor və ssenari müəllifi - Kristofer Makuorri.

 
Filmdə baş rolu Tom Kruz ifa edir. Eləcə də Rebekka Ferqyuson, Heyli Etvell, Pom Klementeff, Vanessa Kirbi, Saymon Peqq, Şey Uiqem, Keri Elves, Rob Delani və İndira Varma çəkiliblər.

 
Film haqqında qısaca: İtan Hant və onun komandası yenidən təhlükəli tapşırığa başlayırlar. Bu dəfə onlar bütün bəşəriyyəti məhv edə biləcək ölümcül silahın axtarışına çıxırlar və onun yanlış əllərə keçməməsinə çalışırlar. Milyardlarla insanın həyatını xilas etmək üçün ölümcül yarış başlayır. Baş qəhrəman qüdrətli Qabriel ilə üzləşməli olacaq və qələbə qazanmaq üçün əzizlərini qurban verməyə belə məcbur ola bilər.

 
Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

 
Tədbirin təşkilində “Brand Media Groups”, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “A1” rəqs qrupu, “Luxury party 360” selfi videoçəkiliş, “Чёткая” Organic vodka”, “Bonaqua” və “Red Bull” dəstək göstəriblər.


Qeyd etmək istərdik ki, film üç dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Qeyri-mümkün missiya: Ölümcül intiqam” filmini “Dəniz Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
 


 
 
Ayəndə Dadaşova
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq