Ermənistanın işğalı, müharibə bitsə də təxribatları davam edir. Ermənistanın xarici siyasətində Qarabağ məsələsi hələ də prioritet qalır.
Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov Slovakiyada səfirliyimizin açılması ilə bağlı qanun layihəsinin müzakirəsində bildirib.
Deputat Ermənistanın xarici ölkələrdə Azərbaycana qarşı saxta təxribatlar yaratdığını qeyd edib. O, bildirib ki, Ermənistanın bu siyasət ərəb ölkələri ilə də davam edir.
“Ermənistan ərəb ölkələri ilə sıx əlaqələr qurub və ərəb mediası Azərbaycanı Qarabağda günahlandırmağa çalışır. Bu gün bizim qarsımızda Azərbaycana qarşı xaricdə erməni təxribatların qarşısını alınması kimi vəzifələr durur. Xarici səfirliklərdə fəaliyyət göstərən əməkdaşlarımızın sayını, maddi-texniki bazasını gücləndirməyə ehtiyac var. Bəzi səfirliklərdə bir-iki nəfər olsa da, mövcud reallıqda azlıq təşkil edir. Ermənistanın təxribatlarının qarşısını almaq üçün bu məsələlərə yer verməliyik”.
Tahirə Qafarlı