Həftədə iki dəfədən çox yemək zəhərləyir

07:28 15-07-2023 | icon 404 | Sağlamlıq
Həftədə iki dəfədən çox yemək zəhərləyir

Yayın sevimli tərəvəzi barədə bilmədiklərimiz

 

Yayın ən sevimli tərəvəzlərindən olan badımcan faydalı vitamin və minerallarla zəngin tərəvəzdir. Onun tərkibində “B1”, “B6”, “K” və “C” vitaminləri, həmçinin kalium, maqnezium, mis və manqan kimi mikroelementlər var. Bundan əlavə, bu tərəvəz əla lif mənbəyidir.

 

Badımcan - bədəndəki iltihabı, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır, ürəyin sağlamlığını yaxşılaşdırır və qanda xolesterol səviyyəsini aşağı salmağa kömək edir.

 

Badımcan təkcə dadlı və qidalı yemək deyil, həmçinin aşağı kalorilidir, arıqlamaq istəyən insanlar üçün əla seçimdir. Bu tərəvəz iştahanı idarə və həzmə kömək edir, qəbizliyin qarşısını alır. Ancaq onları közdə, ya suda bişmiş, yaxud da pörtlədilmiş şəkildə yemək ən yaxşısıdır, yağda qızardarkən, tərəvəzin kaloriliyi artır.

 

Zərər

 

Sağlamlıqla bağlı bir sıra faydasına baxmayaraq, badımcan bəzi mənfi təsirlərə səbəb ola bilər.

 

Birincisi, bəzi insanların bu tərəvəzə qarşı allergiyası ola bilər ki, bu da qaşınma, dəri səpgiləri və ya mədə-bağırsaq pozğunluğu kimi müxtəlif narahatlıqlar yaradır.

 

Həmçinin badımcan təbii toksin olan solanin ehtiva edir və çox miqdarda istehlak edildikdə zəhərlənməyə səbəb ola bilər.

 

Bundan başqa bu tərəvəzlərin tərkibində insanlarda böyrək daşları yaradan oksalatlar var.

 

Qeyd etmək yerinə düşər ki, badımcanın zərəri adətən onların sui-istifadəsi ilə bağlıdır. Onların tövsiyə olunan qəbulu həftədə iki dəfədən çox deyil. /ChitaMedia.su/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM