Antalyada şaquli mağarada inanılmaz tapıntı

06:34 18-07-2023 | icon 304 | Maraqlı
Antalyada şaquli mağarada inanılmaz tapıntı

Türkiyənin Antalya şəhərində qeyri-adi tapıntı hər kəsin marağına səbəb olub. Belə ki, Hacettepe Universiteti Mağara Araşdırma Cəmiyyəti (HÜMAK) İbradı rayonunun Hökez məhəlləsində yerləşən mağarada yerli istehsal olan “Murat 124” markalı avtomobil aşkar edib.

 

Məsələ burasındadır ki, yerli əhali tərəfindən çuxur kimi tanınan mağaraya girmək üçün təxminən 50 metr şaquli eniş etmək lazımdır.

 

Elm adamlarının sözlərinə görə, indiyədək mağaralarda çoxlu müxtəlif formasiyalar görüblər, lakin avtomobil onlar üçün əsl sürpriz olub.

 

“Qrupumuzda mağaraya enən bütün dostlar həyəcanlandı. İçərisində gördüyümüz avtomobilə görə, bu mağaraya “Arabalı” adını verdik”, - deyə HÜMAK rəhbəri Ahmet Öztürk bildirib.

 

Onun sözlərinə görə, mağaranın şaquli hissəsi təxminən 40-50 metrdir, xəritələmə işləri davam etdiyi üçün üfüqi hissənin dərinliyi tam olaraq çıxarılmayıb.

 

Cəmiyyətin üzvlərindən olan Ali Gazioğlu da təəssüratlarını bölüşüb:

“Bu mağara əsas yoldan təxminən 200 metr aralıdadır. Dağlıq və daşlıq ərazidir. Mağaraya enəndə qəribə bir şeylə qarşılaşdım. Aşağı düşəndə “Murat 124” markalı avtomobili gördüm. Maşın yaşıl rəngdədir. Bu, həyatımda gördüyüm ən gözəl hadisədir. Həqiqətən çox həyəcanlandım. Bu hekayəni ömrümün sonuna qədər hamıya danışacağam. Nəqliyyat vasitəsi tamamilə köhnəlib. Buraya düşməsindən təxminən 25-30 il keçib. Mağaranın şaquli uzunluğu 40-50 metr civarındadır. Nəqliyyat vasitəsi yuxarıdan düşən daşlar nəticəsində tamamilə əzilib”, - deyə o bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!