Azərbaycanda yayılmış xroniki yorğunluq

16:00 19-07-2023 | icon 401 | Sağlamlıq
Azərbaycanda yayılmış xroniki yorğunluq

Tez – tez əhvalın dəyişməsi, halsızlıq, bir iş görmədən səbəbsiz yorğunluq halları xroniki yorğunluq adlanır. Xroniki yorğunluğun bir sıra səbəbləri ola bilər. Qidalanma, fəsil dəyişkənliyi, xroniki xəstəliklər və.s.

 
 
Həkim Füzuli Hüseynovun sözlərinə görə, xroniki yorğunluğa ən çox yaz aylarında rast gəlinir. Qışdan çıxdıqda müəyyə vitamin və mineralların çatışmazlığı yarandığı üçün xroniki yorğunluğa səbəb olur.
 
 
Vitamin çatışmazlığı hormonalların pozulmağına səbəb olur. Çünki, hormonların sekresiya etdiyi şirələr orqanizmin katalizatorlarıdır.
 
 
“Məsələn, qalxanavari vəzinin hormonu çatışmazlığı zamanı bu vəzi “tənbəlləşir”. Bu zaman qanda TSH hormonu yüksəlir. Nəticədə belə insan pəhriz saxlasa belə, bu insanın orqanizmində piylənmə baş verir. Zəif çalışan bu vəzi səbəbindən, halsızlıq, yorğunluq nəticəsində insan hərəkət eləmir. Bu səbəbdən piylərin parçalanması baş vermir və bu piylər toxumalarda depolanır və insanın artıq çəki almasına səbəb olur.
 
 
Bu xəstəlik dərinləşdikcə qalxanvari vəzinin problemləri başqa bir hal alırAdətən qadınlarda daha çox mastopatiya əmələ gəlir. Vəzi müalicə olunmadıqda, qadınlarda cinsi istək azalır. Bu da erkən klimaksın başlamasına səbəb olur.
 
 
Kişilərdə isə prostat vəzinin hiperploziyasının əmələ gəlməsinə səbəb olur. Bu əlamətləri də qulaqardı etdikdə kişilərdə prostat vəzi şişir, testeron hidretesterona çevrilir. Nəticədə impatensiya əmələ gəlir.
 
 
Dərman pereparatları ilə yanaşı təbii qidalar qalxanavari vəzinin işini normallaşdırır. Bunun ən sadə variantlarından biri dəniz kələmidir. Onu gündə bir çay qaşıq suya əlavə edib qəbul olunur. Yaxud duz əvəzi yeməklərimizə əlavə edə bilərik.
 
 
Sink, selen, maqnezium minerallarının çatışmazlığı zamanı ləpəlilər, yeni yetişmiş meyvələrin hamısında bu mineralların hamısı olduğu üçün , mütləq yeyilməlidir.
 
 
Çuğundur, kələm,kök, şomu minerallarla boldur. Şomu daha çox həm selen, həm sink həm də maqnezium mənbəyi hesab olunur.
 
 
Giciktkən otunun tərkibi “ Mendeleyev” cədvəlidir. Dəmir, mineral çatışmazlığını aradan qaldırır.
 
 
Alaqanqalın zoğları, qulançar da mineral mənbəyi hesab edilir.
 
 
 
 
Xroniki yorğunluğun aradan qaldırılmasına dair sadə resept:
 
• Qurudulmuş və toz halında zəncəfil 30 qr
• Sarıkök 50 qr
• Udhindi bitkisinin köklərindən 50 qr
• Qarazirə 50 qr
• Güləm 50 qr
• Jenşen bitkisinin kökü 50 qr
• Biyan bitkisinin kökündən 30 qr
 
 
Bir kiloqram bal ilə bu bitkilər qarışdırılır. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq, 1 çay qaşığı qəbul edilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM