Yuxularını idarə etmək istədi

06:42 21-07-2023 | icon 310 | Maraqlı
Yuxularını idarə etmək istədi

Drellə beynini deşərək elektrod yerləşdirdi

 

Rusiyanın Novosibirsk şəhərinin sakini evində adi drel və əl alətləri vasitəsilə öz beynini deşib.

 

O ümid edib ki, bu, ona yuxularını idarə etməyə kömək edəcək.

 

40 yaşlı Mixail Raduqa adlı şəxs yeni köçdüyü evində özünə trepanasiya (cərrahi müdaxilə, müvafiq nahiyəni və ya boşluğu əldə etmək məqsədilə kəllə sümüyünün deşilməsi - red.) edib. Bunun üçün o, “YouTube” kanalında saatlarla neyrocərrahların işi ilə bağlı videoları araşdırıb və hətta beş qoyun üzərində öyrəndiklərini sınaqdan keçirib. Sonra Mixail drel alıb və işə başlayıb. O, öz başını deşib və beyninə bir elektrod yerləşdirib. Onun sözlərinə görə, əməliyyat zamanı cərrahi təcrübənin olmaması səbəbindən bir litrə yaxın qan itirib və möcüzə nəticəsində sağ qalıb.

 

Mixailin bütün bunları etməkdə bir məqsədi olub: o, əmindir ki, elektrod beynin müvafiq hissəsini stimullaşdırmaqla ona yuxularını idarə etməyə kömək edəcək. Uzun müddət bu mövzu üzərində işləyən Mixail ilyarımdan çoxdur ki, implant quraşdırılması üçün neyrocərrahlara müraciət etməyi planlaşdırıb, lakin “cinayət riskləri və digər məlum hadisələr” səbəbindən buna nail ola bilməyib. Buna görə də Mixail öz gücünə “insanın qadir olduğu imkanlar barədə təsəvvürləri genişləndirmək” qərarına gəlib.

 

O, bu əməlinə görə artıq mütəxəssislər tərəfindən tənqid olunub. Bundan xəbər tutan Oksford Universitetinin məsləhətçi-neyrocərrahı Aleks Qrin bildirib ki, Mixail asanlıqla ölə və ya insult keçirə bilərdi, indi isə epilepsiyanın yaranması riski var.

 

Yuxulara gəlincə isə, Mixailin bu qədər işgəncədən sonra həqiqətən də onları idarə etməyi öyrənib-öyrənmədiyi bəlli deyil.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq