“İndiki vaxtda genişmiqyaslı əməliyyatlar keçirmək istəmirik”

10:15 21-07-2023 | icon 448 | Qarabağ
“İndiki vaxtda genişmiqyaslı əməliyyatlar keçirmək istəmirik”

Ədalət Verdiyev: “Ərazilərimizdə bir nəfər də olsa silahlı, rus əsgəri qala bilməz”

 

Azərbaycanın işğaldan azad olunan ərazilərində vəziyyət 10 noyabr sazişinə əsasən bölgədə sülhyaratma missiyasını həyata keçirməli olan Rusiya hərbi kontingentinin “fəaliyyəti” nəticəsində gərgin olaraq qalır. Bir tərəfdə Avropa İttifaqı, ABŞ, bir tərəfdə Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh sazişinin imzalanması yönündə aparılan danışıqlara vasitəçilik etsələr də erməni separatçıları təxribatçı əməlləri ilə prosesi pozur. Ermənistan qoşunları sərhəddə və Qarabağda atəşkəsi pozaraq təxribatlara əl atır, üstəlik beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı təsir elementi kimi istifadə etməyə cəhdlər edirlər. Böyük dövlətlərin region maraqlarının sülh prosesini açıq şəkildə üstələdiyi bir vaxtda Azərbaycanın sülhü təmin etmək üçün qəti addımlar atmalı olduğu zərurəti meydana gəlir.

Mövcud vəziyyət nəyi diqtə edir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən hərbi ekspert Ədalət Verdiyev real vəziyətə diqqət çəkib.

 

- “Rus sülhməramlıların Azərbaycan ərazilərindəki fəaliyyəti 2025-ci ildə basa catacaq"- deyə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın Vilnüsdə Nato dövlətlərinin sammitində səsləndirdiyi bəyanatını necə dəyərləndirmək olar. Rusiya sülhməramlıların həmin tarixdə ərazidən çıxarılması nə dərəcədə realdir, çıxmasa Türkiyənin hansı şəkildə müdaxiləsi mümkündür?

 

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində rus kontingentinin Azərbaycan ərazilərindən çıxarılmasının 2025-ci ilin sonunda baş tutacağı ilə bağlı fikirləri ondan xəbər verir ki, bu barədə qarşılıqlı razılığa gəlinib. Eləcə də. rus hərbi kontingentinin Azərbaycan ərazilərindən çıxarılması tamamilə realdır. Çünki biz bu prosesi 1990-cı ildə də, 1992 və 2012-ci ildə də həyata keçirmişik və həmin illərdə Azərbaycanın iqtisadi və hərbi potensialı indikindən yüksək deyildi. Burda rus hərbçilərinin ərazilərimizdən çıxmamasından söhbət gedə bilməz. Çünki üçtərəfli birgə bəyanata görə tərəflərdən biri rus kontingentinin ərazidə qalmasını arzu etməzsə və bu barədə 6 ay əvvəlcədən yazılı müracit etməzsə, o zaman rus kontingenti ərazidən çıxmaq məcburiyytindədir. Azərbaycan tərəfindən də belə bir müraciətin olacağını düşünmürəm. Burada təbii ki, Türkiyənin hadisələrə mümkün təsir mexanizmləri mövcudur ki, zərurət yaranarsa ondan geniş şəkildə istifadə edə bilər.

 

- Regionu heç bir halda əldən vermək istəməyən Rusiya belə bir vəziyyətdə hansı təxribata əl ata bilər? Bu günlər Rusiya XİN-in yaydığı son bəyanat nəyi ifadə edir?

 

- Rus sülhməramlılarının təxribatı mümkündür. Amma onlar bunu birbaşa öz kontingentlərinin əli ilə edə bilməzlər. Bu onların ərazidən daha erkən çıxarılması ilə nəticələnə bilər. Amma ərazidə ola rezidentləri, xüsusən də Vardanyan faktorundan və ya separatçı rejimdə təmsil olunan şəxslərdən istifadə edərək belə təxribatlara əl ata bilərlər. Təbii ki, dövlətimiz və güc strukturlarımız bu faktorları mütləq şəkildə nəzərə alıb onlara qarşı tədbirlərini “A-B” variantlarını hazırlayırlar.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı təxribatçı bəyanat isə Azərbaycan üçün heç bir məna kəsb eləmir. Bu, əksinə, Rusiyanın Azərbaycana qarşı erməni dili ilə danışmasının nümunəsidir ki, belə faktlar da Azərbaycan tərəfindən daim, dərhal və qətiyyətlə pislənilib.  Azərbaycan öz ərazilərində istəniən fəaliyyətləri həyata keçiməkdə tam müstəqildir. Və kimsənin, o cümlədən də Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinin səsləndirdiyi sərsəm bəyanatlar Azərbaycanın daxili işlərinə heç bir halda təsir edə bilməz. Azərbaycan öz fəalyyətini Mariya kimilərin səsləndirdiyi bəyanatlar əsasnda deyil, dövlət və milli maraqlar əsasında həyata keçirdir.

 

- Azərbaycan ərazilərində qalan qanunsuz erməni hərbi birləşmələrlə rusların birgə fəaliyyəti, onları dəstəkləmsi regionda hansı vəziyyəti yaradır, sülhə hansı təsirini göstərir? Erməni silahlıları özxoşuna əraziləri tərk də bilər?

 

- Azərbaycan tərəfini ən çox narahat edən məsələlədən biri qanunsuz hərbi birləşmələrin ruslarla sinxron fəaliyyəti, ruslar tərəfindən erməni silahlılarının dəstəklənməsidir. Mən də dəfələrlə bildirmişəm ki, bu gün Qarabağda erməni silahlılarının qalmasına zəmanət verən tək qüvvə rus kontingentidir. Rus hərbi kontingeti ərazidən çıxarılmayana qədər erməni silahlıları öz xoşuna tərksilah olaraq uzaqlaşmayacaqlar. Ya biz bunu rusları oradan göndərməklə həyata keçirdə bilirik, ya da daha əvvəl olduğu kimi hissə-hissə yüksəklikləri, yol qovşaqlarını, təbii səvətlərin olduğu mədənləri, su anbarlarını, elektrik stansiyalarının yerləşdiyi və mülki əhalinin seyrək yaşadığı ərazilərdə yerdəyişmələr etməklə separatçı rejimi bir qədər də sıxışdrmalıyıq.

 

Eyni zamanda düşünmürəm ki, erməni silahlıları o zaman ərazini öz xoşuna tərk edəcək ki, rus kontngenti Azərbaycan ərazilərindən çıxacağı müddəti açıqlasın.  Amma Azərbaycan tərəfi orda olan mülki ermənilərin də mövcudluğunu nəzərə alaraq əhalinin seyrək yaşadığı ərazilərdə, ən azından, xüsusən Ağdərə istiqamətində böyük bir hissəni silahlılardan təmizləməlidir. Çünki sülhməramlıların qalma müddətin sonuna 2 ildən bir qədər artıq vaxt qalır və hələ də erməni silahlıları ərazimizdədir. Ona görə də biz bu əməliyytların intensivliyini kifayət qədər artırmalıyıq. Hələ də 3 min kvadrat kilomer ərazi rusların nəzarətindədir və həmin ərazilərdə erməni silahlıları mövcuddur. Və ruslar da, onların dəstəklədiyi erməniər də anlamalıdırlar ki, Azərbaycan bu prosesi 2025-ci ildən sonraya saxlamaq niyyətində deyil. Kim bizimlə yaşamaq istəyirsə ərazidə qala bilər, kimin xoşu gəlmirsə qapılarımız açıqdır, gedə bilər. Biz kimsəni burada məcbur saxlamırıq.

 

- Sülhməramlılar Qarabağda - Xocalıda, Xankəndidə ola-ola biz antiterror əməliyyatlarına baslaya bilərikmi?

 

- Sülhməramlılar Xocalıda da var idi. Qırxqızda da, Sarıbabada, Bzduqda, Laçında, Susda, Cəbrayılda, Allahqulularda, Zaman Pəyəsində də, 20-54 yüksəkliyində, o cümlədən Laçın keçid məntəqəsində var idi. Və biz orada keçən ilin mart ayının 24-dən bu günə qədər 12 dəfə əməliyyat keçirmişik. Nə ruslar, nə də erməni silahlıları bu əməliyyata maneə yarada bilməyiblər, müqavimət göstərə bilməyiblər. Bu, “qisas 1”, “qisas 2” əməliyyatları, yaxud adı ə olursa olsun, onlar bizə heç bir maneə yarada bilməiblər. Əsas odur ki, bu əməliyyatların məqsədi silahlıların təmizlənməsinə xidmət edib. Və bu 12 əməliyatın heç birində ruslar bizim qarşımıza çıxmayıb. Düzdür, maneə törətmək cəhdləri olub, amma alınmayıb. Biz istədiyimiz hədəflərimizə çatmışıq. Ona görə də rusların orada olub olmamağı əməliyyata heç bir maneə törədə bilməz. Bura Azərbaycan əraziləridir və öz ərazilərimizdə istədiyimiz zaman antiterror əməliyyatları keçirdə bilərik.

Sadəcə indiki vəziyyətdə mülki əhalinin orda yaşamağını nəzərə alaraq, onlarla inteqrasiyadan danışdığımız bir vaxtda biz genişmiqyaslı əməliyyatlar keçirmək istəmirik. Amma zərurət yaranacaqsa bu əməliyyatları keçirdəcəyik. Bizim ərazilərdə 2025-ci ilin sonuna qədər bir nəfər silahlı, rus əsgəri qala bilməz.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq