"CinemaPlus"da bu həftənin ən çox gözlənilən filmləri

15:00 19-07-2023 | icon 555 | Film
"CinemaPlus"da bu həftənin ən çox gözlənilən filmləri

İyulun 20-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya və ABŞ-da istehsal olunan və dünyada ən çox gözlənilən 2 film nümayiş olunacaq.

 

Real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik filmi. 

 

Bu hekayə II Dünya Müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir.

 

Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırılmağa başladılar.

 

Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Bu, onun karyerasının ən uzun və son 20 ildə R kimi qiymətləndirilən ilk filmdir (17 yaşdan aşağı izləyicilərə valideyn müşaiyəti tələb olunur).
Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.

 

Filmin büdcəsi 100 milyon dollardır.

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis.

 

“Mattel” şitkətinin Barbi oyuncaqları seriyası əsasında “Barbi” komediya filmi.

 

Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib.

 

Barbi gözəllik standartlarına uyğun olmadığı üçün “Barbieland”-dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.

 

Filmin büdcəsi 145 milyon dollardır.

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis.


“CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.
 


 

Ayəndə Dadaşova
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq