Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə XİDMƏTLƏRİ

06:21 25-07-2023 | icon 263 | Qarabağ
Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə XİDMƏTLƏRİ

Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, iyulun 22-23-də nazirlik tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan - Şuşa şəhərində, habelə Zəngilan və Laçın rayonlarında yaşayan əhaliyə, genişmiqyaslı yenidənqurma işlərinə cəlb olunan işçilərə və bu ərazilərdə xidmət göstərən hərbçilərə, digər peşə sahiblərinə notariat hərəkətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı nazirliyin mobil tətbiqləri vasitəsi ilə əlavə sənəd tələb olunmadan elektron informasiya resursları əsasında ədliyyə xidmətləri göstərilib.

 

Səyyar qəbullar zamanı, həmçinin vətəndaşlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətlərindən istifadə imkanları diqqətə çatdırılıb, müvafiq bukletlər paylanılaraq onları maraqlandıran suallar cavablandırılıb.

 

“Vətəndaşlarımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirərək yerlərdə belə xidmətlərin təşkilini rəğbətlə qarşılayıblar”, - məlumatda vurğulanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq