Rusiya bu bəyanatla nəyə iddia edir?

07:24 13-07-2023 | icon 275 | Geopolitika
Rusiya bu bəyanatla nəyə iddia edir?

 

 

"Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı bir daha Rusiyanın Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin bağlanmasında  maraqlı olmamasının göstəricisidir".

 

Bunu Versus.az-a politoloq Rəşad Bayramov bildirib.  Onun fikrincə, Rusiya bütün imkanlarından istifadə edərək məhz separatçı rejimin ayaqda durması,  separatçı mövqeyini möhkəmləndirməsinə çalışır.

 

Politoloq Rusiya  XİN-in bu bəyanatında hətta separatçı rejimlə, Ermənistanı üz-üzə qoyma elementlərinin açıq göründüyünü vurğulayıb.  

 

"Rusiya demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü , Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tansa da, biz qəbul eləmirik”.

 

Politoloq eyni zamanda iyulun 14-də erməni seratçı rejimin Rusiya sülhməramlılarının Xocalı aeraportundakı bazasına etdiyi yürüşə diqqət çəkib.

 

“Videomateriallardan da görünür ki, Rusiya kontingentinin nəzarətindəki hərbi bazada üç bayraq asılıb-Rusiyaın, Ermənistanın, separatçı rejimin. Bu artıq birbaşa Azərbaycan qanunlarının pozulması, birbaşa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini heçə saymaq deməkdir. Rusiya dislokasiya yerində öz ölkəsinin bayrağını asıb,  amma onunla yanaşı Azərbaycan bayrağı da qaldırılmalı idi. Amma bunun əvəzində ora separatçı rejimin, Ermənistanın bayrağının qaldırılması onu göstərir ki, Rusiya bütün vasitələrdən istifadə edərək separatçı rejimin nə Azərbaycanla dialoq aparmasına imkan vermək istəmir. Eyni zamanda separatçıların vasitəsi ilə Ermənistana təsir edərək sülh müqaviləsinin qarşısını almağa çalışır”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...