"erməni separatçı rəsmi Bakının nəbzini yoxlayır"

17:30 27-07-2023 | icon 214 | Siyasət
"erməni separatçı rəsmi Bakının nəbzini yoxlayır"

Mətin Məmmədli: "Antiterror əməliyyatı hər an başlaya bilər"

 

"Qarabağdakı qeyri-qanuni hərbi birləşmlər ya çıxarılmalı, ya da məhv edilməlidir”.


Versus.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli erməni separatçı rejimin başçısı Araik Arutunyanın Xankəndidə oturub oradan “Bakı ilə dialoqa hazırıq, bir şərtlə ki, dialoq ABŞ-ın yox, Rusiyanın vasitəçiliyi ilə aparılması” “sifarişinin” məqsəd və məramı ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq hesab edir ki, yeni antiterror əməliyyatlarının aparılması üçün həm siyasi, həm də hüquqi zəmin var və regionda cərəyan edən geosiyasi proseslər bu əməliyyatların aparılmasını aktuallaşdırır. Onun fikrincə, erməni separatçı belə bir mövqe nümayiş etdirməklə manevr edir, rəsmi Bakının nəbzini yoxlayır:

“Erməni belə bir təsəvvür yaratmağa çalışır ki, Qarabağ erməniləri danışıqlara getməyə hazırdır. Eyni zamanda artıq dərk edirlər ki, Qarabağın dağlıq hissəsində mövcud status-kvonu uzun müddət saxlamaq mümkün olmayacaq. Çünki Ermənistan üçtərəfli sazişə əsasən öz üzərinə öhtəliklər götürüb və bu bəyanatın bir bəndi də erməni qoşunlarının ərazilərimizdən çıxarılması ilə bağlıdır. Ancaq təəssüf ki, hələ də Ermənistanın qeyri-qanuni qoşunları bölgədə mövcudluqlarını davam etdirirlər”.

 

M.Məmmədli erməni qoşunları təxirəsalınmadan Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ancaq Ermənistanın, Qarabağda qalan separatçıların mövqeyi onu göstərir ki, onlar bu məsələdə konstruktiv mövqe nümayiş etdirmirlər və daha çox vaxt udmağa çalışırlar:

 

“Bizim gözləməyə vaxtımız yoxdur. Hesab edirik ki, Qarabağdakı qeyri-qanuni hərbi birləşmlər ya çıxarılmalı, ya da məhv edilməlidir. Nəhayət biz bölgədə davamlı sülhə nail olmalıyıq”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq