Hərbi xidmət keçməkdən yayındırdı, nəticədə bu oldu

11:51 31-07-2023 | icon 276 | Hadisə
Hərbi xidmət keçməkdən yayındırdı, nəticədə bu oldu

Vətəndaşların hərbi xidmət keçməkdən yayınmasını təşkil edən daha bir şəxs cinayət məsuliyyətinə cəlb edilib.

 

 

Baş Prokurorluqan Versus.az-a verilən məlumata görə, Prokurorluq orqanları tərəfindən hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

 

Bu istiqamətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.

 

İstintaqla Süleyman Qubadlının 2022-2023-cü illər ərzində qeyd edilən qurumda işləyərkən qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq laborator müayinə üçün onlardan götürülmüş qan nümunələrini dəyişməklə talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri SHXÇDX-nin tabe qurumlarına təqdim edib həqiqi hərbi xidmətdən yayınmalarını təşkil etməsinə və digər qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 32.3, 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Pəri

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq