İnsan alverinin qurbanları AŞKARLANACAQ

18:32 07-08-2023 | icon 268 | Cəmiyyət
İnsan alverinin qurbanları AŞKARLANACAQ

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə avqust ayından etibarən “İnsan alveri qurbanları üçün sığınacaqların potensialının artırılması” layihəsinin icrasına başlayıb.

 

Layihənin icra müddəti 3 ay, layihənin büdcəsi 10.000 AZN-dir. Layihənin əsas tərəfdaşı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsidir.

 

Layihənin icra yeri “Təmiz dünya” QYİB-nin nəzdində fəaliyyət göstərən gender əsaslı zorakılıq qurbanları üçün sığınacaqdır. Layihə üzrə nəzərdə tutulan fəaliyyətlər aşağıdakılardır:

 

*Layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması;

 

*Tərəfdaş dövlət qurumuna layihə ilə bağlı məlumatın verilməsi;

 

*3 ay ərzində  0-60 yaş arası, 30 nəfər potensial,  ehtimal edilən və insan alveri qurbanlarının aşkarlanması, xidmətə cəlb etmə.

 

*Müəyyən edilmiş insan alveri qurbanlarının  Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinə 
istiqamətləndirilməsi;

 

*3 ay ərzində 30 nəfər sakin üçün 8  müxtəlif mövzuda təlimlərin keçirilməsi. 

 

Təlim mövzuları “Hüquqlarını bil”, dövlət qurumlarına müraciət qaydaları, həssas qruplar üçün xidmətlər haqqında məlumatlar, şikayət etmə prosedurları, emosiyaların idarə edilməsi, aqressiyanın idarə edilməsi, SV yazma, özünü təqdim etmə, xidmət almış şəxslərin inteqrasiya prosesinə dəstəyin göstərilməsini əhatə edəcək. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR