Dənizdə batan qızları xilas etmək istəyən gənc özü də boğuldu

09:10 09-08-2023 | icon 286 | Hadisə
Dənizdə batan qızları xilas etmək istəyən gənc özü də boğuldu

Lənkəranın Sütəmurdov kəndi ərazisində yaşanan faciənin təfərrüatı məlum olub.

 

Belə ki, dənizdən meyitləri tapılanlar 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.

 

2003-cü il təvəllüdlü Zeynəb Ramin qızı Əliyeva isə FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, Zeynəb və Aysu xalaqızı olublar. Qızların boğulduğunu görən Ramin özünü çatdırıb və onlardan birini xilas edə bilib. Lakin ikinci cəhdi uğursuz olub və Aysunu xilas edərkən hər ikisi boğulub.

 

Meyitlər dənizdən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış xilasediciləri tərəfindən çıxarılıb.

 

Xatırladaq ki, dünən eyni ərazidə beş nəfər boğulma təhlükəsi ilə üzləşib. Onlardan ikisi dünyasını dəyişib, üçü xilas olunub.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq