Bədəndən sarımsaq qoxusu gəlməsinin SƏBƏBİ

09:26 09-08-2023 | icon 292 | Sağlamlıq
Bədəndən sarımsaq qoxusu gəlməsinin SƏBƏBİ

Bədəndən gələn xoşagəlməz qoxular bəzi xəstəliklərdən xəbər verə bilər.

 
 
Həkim Aleksandr Belova sözlərinə görə, bu qoxular qəbul edilən qida ilə bağlı olub zərərsiz olsa da, eyni zamanda sağlamlıq problemlərinə işarə edə bilər. Xüsusilə də, bu kəskin qoxu hiperqlikemiya və ketoasidozun inkişafı nəticəsində baş verə bilər. Bu xəstəlik diabetin ciddi və həyatı təhlükəli komplikasiyası nəticəsində yaranır.
 
 
“Diabetik ketoasidoz havada uçucu asetonun olması səbəbindən çürük alma qoxusunu buraxaraq, sürətli və dərin nəfəsalma ilə xarakterizə olunur".
 
 
Əlavə olaraq bədəndən gələn pis qoxunun həm kəskin, həm də xroniki olan böyrək çatışmazlığı səbəbi ilə də yaranma ehtimalı ola bilər. Böyrək çatışmazlığında böyrəklər qanın süzülməsi və zərərli maddələrin parçalanması da daxil olmaqla vacib funksiyaları yerinə yetirməyi dayandırır. Nəticədə qanda toksinlərin yığılması baş verə bilər ki, bu da bədənə ammonyak qoxusu verir.
 
 
“Qaraciyər xəstəliyi də xoşagəlməz bədən qoxusunun başqa bir səbəbidir. Xüsusilə bədəndən gələn sarımsaq qoxusu qaraciyər xəstəlikləri ilə bağlı ola bilər”.
 
 
Terapevt qeyd edir ki, qaraciyər düzgün işləmədikdə, toksinlər və digər zərərli maddələr sidikdə, tərdə və tənəffüsdə yığılır, sonra tər vəziləri vasitəsilə xaric olur. Eyni zamanda, tər xlor qoxusu da verə bilər. Belova əlavə etdi ki, ağır qaraciyər xəstəliyi olan insanlar nəfəslərində sarımsağın və ya bayat yumurta qoxusu hiss edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR