Həftənin ən stressli günü

09:38 09-08-2023 | icon 264 | Maraqlı
Həftənin ən stressli günü

Böyük Britaniyanın mütəxəssislər qrupu insanların iş həftəsində ən gərgin olduqları gün haqqında tədqiqat aparıb.

 
 
Sosioloq Qrem Uotersin rəhbərlik etdiyi mütəxəssislər qrupu müəyyən edib ki, ofis işçiləri üçün həm fiziki, həm də emosional olaraq ən çətin gün çərşənbə axşamıdır.
 
 
Eyni zamanda, çərşənbə axşamı saat 11:45-də insanlara maksimum iş yükü yükləndikdə, gərginlik ən yüksək həddə çatır.
 
 
3000 britaniyalı arasında aparılan sorğuya əsasən, iştirakçıların yüzdə 53-dən çoxu iş həftəsinin ilk gününün çox hissəsində vəzifələrini yerinə yetirməkdən boyun qaçırdıqlarını etiraf ediblər. Mütəxəssislərin fikrincə, insanların bu davranışı, həftə sonu olan istirahət rejimini kəskin şəkildə dəyişdirməyə hazır olmamaları ilə əlaqədardır.
 
 
"İş həftəsinin ən stresli anı, çərşənbə axşamı günortadan 15 dəqiqə əvvəlki vaxtdır. Çərşənbə axşamı iş yükü baxımından ən stresli günə çevrilir. Çoxları hətta həftə ərzində nə qədər iş görməli olduqlarını anlayaraq, nahardan imtina etməyə hazırdırlar - sosioloq Qrem Uoters şərh edir.
 
 
Tədqiqat zamanı mütəxəssislər qeyd edir ki, bu iş tərzi sağlamlıq problemlərinə səbəb ola bilər. Araşdırmaya əsasən təxminən hər beş işçidən biri, işdə vaxtından çox qalır, bu vəziyyət təbii ki, həkimlərin stressin zərərli təsirlərini minimuma endirməyə çalışmaq tövsiyələrinə zidddir.
 
 
İngilis həkimlər işdəki stressin həzm sisteminə olan mənfi təzahürlərindən də danışıb. Diyetoloq Fion Hunter, iş yerindəki stresli vəziyyətlərin qarşısını almaq üçün bol maye içməli və immunitet sistemini artıran dərmanlar qəbul etməyin vacibliyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq