Körfəz ölkələri bu bölgəyə maraq göstərirlər

11:50 09-08-2023 | icon 360 | Dünya
Körfəz ölkələri bu bölgəyə maraq göstərirlər

 

 

Böyük dövlətlərin Mərkəzi Asiya uğrunda mübarizəsinə ərəb dünyası da qoşulub. İyul ayında Səudiyyə Ərəbistanında “Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) + Körfəz Əməkdaşlıq Şurası (Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Bəhreyn)” sammiti keçirilib. Bu Mərkəzi Asiya ölkələri ilə körfəz ölkələrinin ilk sammitidir. Səudiyyə Ərəbistanı siyasi, iqtisadi və hərbi güc baxımından körfəz ölkələrinin lideri sayıldığından sammitin bu ölkədə keçirilməsi anlaşılandır. Digər tərəfdən SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ilə ilk sıx əlaqələr quran ərəb ölkəsi Səudiyyə Ərəbistanı olub.

 

Mərkəzi Asiya və körfəz ölkələrinin ilk sammitinin əhəmiyyəti nədir? 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə politoloq Elxan Şahinoğlunun rəhbərliyi ilə təhlillər aparan “Atlas” Araşdırmalar Mərkəzi maraqlı nüanslara diqqət çəkib.

 

-Sammitə hazırlıq bir il əvvəl başlayıb. Mərkəzi Asiya və körfəz ölkələrinin xarici işlər nazirləri 2022-ci ildə Səudiyyə Ərəbistanında ortaq toplantı keçirmişdilər. Varlı körfəz ölkələri Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişləndirməyi planlaşdırırlar. Bu sıraya nəqliyyat yollarının inşasından tutmuş yaşıl energetikanın inkişafına qədər layihələr aiddir. Bölgə ölkələri terrora qarşı birgə mübarizə imkanlarını da müzakirə ediblər. Liderlərin sammitində iki bölgə arasında 2027-c ilə qədər nəzərdə tutulan əməkdaşlıq proqramı imzalanıb.

Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev ötən il Səudiyyə Ərəbistanına səfər edərək bir neçə ortaq layihəyə imza atmışdı. Qazaxıstanın və digər Mərkəzi Asiya ölkələrinin milyardlarla dollar yatırımlara ehtiyacları var. Qazaxıstan prezidenti sammitdə körfəz ölkələrinin Azərbaycanın da marağında olduğu Transxəzər layihəsinə dəstək vermələrini istəyib. Söhbət Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat layihələrindən gedir.

Qazaxıstan prezidentindən sonra Səudiyyə Ərəbistanına Özbəkistan prezidenti Şavkat Mirziyoyev səfər edib. Özbəkistan Səudiyyə Ərəbistanı ilə dəyəri milyardlarla dollar olan enerji layihələrinin reallaşmasını planlaşdırır. Birləşmiş Ərəb Əmirlikləri və Qətərin də Mərkəzi Asiya ölkələrinə yatırımlarının həcmi ilbəil artır.

Mərkəzi Asiya ölkələri ilə körfəz ölkələri arasında sammit Vaşinqtonun, Moskvanın və Pekinin diqqət mərkəzində olub. Körfəz ölkələrinin Mərkəzi Asiya ölkələrinə artan yatırımları Vaşinqtonu narahat etmir. Çünki körfəz ölkələri ABŞ-ın tərəfdaşlarıdır. Moskva və Pekin isə narahat ola bilərlər. Çünki Rusiya və Çinin Mərkəzi Asiya ölkələrində siyasi və iqtisadi maraqları var və bu maraqlar bəzən başqa dövlətlərin maraqları ilə üst-üstə düşmür. Mərkəzi Asiya ölkələrinin Çinə böyük borcları var. Tacikistan maliyyə baxımından Çindən asılı vəziyyətdədir. Buna baxmayaraq, Tacikistan varlı körfəz ölkələrinin də yatırımlarına ehtiyac duyur. Misal üçün Qətər Tacikistanda yeni açılan məscidin tikintisinə 100 milyon dollar ayırmişdi. Beləliklə,

Mərkəzi Asiya ölkələrinın həm ayrılıqda, həm də bütöv bölgə olaraq cazibəsi artıb.

 

Versus.az

 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...