Separatçıların bağladıqları yolu sülhməramlılar AÇDILAR

13:36 16-08-2023 | icon 179 | Siyasət
Separatçıların bağladıqları yolu sülhməramlılar AÇDILAR

Separatçılar Rusiya sülhməramlılarının Qarabağdakı bazasının girişi yaxınlığında aksiya keçiriblər.

 

Bununla bağlı yayımlanan kadrlarda Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların nümayəndəsi kimi təqdim edən Artur Osipyanın maşınla qərargahın girişini kəsməsi, ancaq rusiyalı hərbçilərin yolu açdıqları əks olunub.

 

Erməni seqmentində yayılan görüntülərdə Rusiya sülhməramlılarının qərargahına Osipyan və videonu çəkən şəxsdən başqa cəmi üç-dörd nəfərin gəldiyi görünür. Onlar hər zaman olduğu kimi, ərazi iddialarını dilə gətirib, digər cəfəng fikirlər səsləndiriblər.

 

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı provokasiya ilə məşğul olan bir qrup erməni azlığın Azərbaycan-Ermənistan sərhədinə doğru yürüşünü müşayiət etməkdən imtina edib. Qarabağdakı sülhməramlı kontingentinin komandirinin müavini, polkovnik İ.Sazonovun onlara ünvanladığı cavab məktubunda 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsinin nəzərdə tutulmadığı vurğulanıb.

 

Bu rədd cavabını həzm etməyən separatçıların nümayəndəsi Artur Osipyan Həkəri körpüsünə özbaşına getməyə hazır olduğunu demişdi.

 

Yeri gəlmişkən, erməni fəal İşxan Verdyan bu təxribatına görə Artur Osipyanı axmaq adlandırıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR