“Duzdağ”da yoxlama aparılır

13:50 16-08-2023 | icon 189 | Cəmiyyət
“Duzdağ”da yoxlama aparılır

Naxçıvan Muxtar Respublikası (NMR) Səhiyyə Nazirliyi muxtar respublikanın mühüm səhiyyə turizmi ünvanlarından olan “Duzdağ” Fizioterapiya Mərkəzinin beynəlxalq “EUROHEALTH SPA” sertifikatı ilə təmin olunması üçün müraciət ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, “Eurogap” Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinin eksperti bu müraciət əsasında “Duzdağ”da yoxlamalara başlayıb.

 

Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinin ekspertinin “Duzdağ” Fizioterapiya Mərkəzində araşdırması bir neçə gün davam edəcək.

 

Məlumat üçün bildirək ki, mərkəz tənəffüs yolları, astma və bronxial astma xəstəliklərindən əziyyət çəkənlər üçün effektiv təbii müalicə imkanlarına malikdir. Dünyada unikal səhiyyə turizmi ocaqlarından sayılan “Duzdağ” mağarasına hər il minlərlə turist müraciət edərək şəfa tapır.

 

Qeyd edək ki, sözügedən institut müraciət edən obyektin təklif etdiyi məhsul və xidmətlərin beynəlxalq standartlara uyğunluğunu yoxlayır. Yoxlamalar nəticəsində çatışmazlıqlar aşkarlanırsa, uyğunsuzluqların aradan qaldırılması tövsiyə olunur. Xidmət və ya məhsul standartlara tam cavab verdiyi halda sertifikatlaşdırılır. “Duzdağ” Fizioterapiya Mərkəzində təşkil olunan araşdırma da bu məqsədə xidmət edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR