Beynəlxalq arxeoloji ekspedisiya Damcılı mağara düşərgəsində

18:07 16-08-2023 | icon 204 | Cəmiyyət
Beynəlxalq arxeoloji ekspedisiya Damcılı mağara düşərgəsində

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparacaq.

 

Versus.Az xəbər verir ki, beynəlxalq ekspedisiya Damcılı mağara düşərgəsində növbəti tədqiqat işlərinə avqustun 15-dən start verib.

 

Tədqiqat işləri sentyabrın 2-dək davam edəcək. Tədqiqat işlərinə Tokio Universitetinin professoru Yoşihiro Nişiaki və arxeoloq Yaqub Məmmədov rəhbərlik edir.



Bu vaxtadək aparılan tədqiqatlar nəticəsində ərazidə Tunc, Neolit, Mezolit və Orta Paleolit dövrlərinə aid təbəqələr aşkar olunub. Beynəlxalq ekspedisiya qoruq ərazisində işlədiyi illərdə müxtəlif dövrlərə aid alətlər, heyvan sümükləri, bitki toxumları, dövrü tam bəlli olmayan bir neçə qutu qəbir aşkar ediblər. Mezolit dövrünə aid daha yüksək elmi nəticələr əldə olunub. Burada qazıntı işləri üç metrə qədər genişləndirilərək qayaların alt tərəfində aparılır. Daha sonra Orta Paleolit dövrünə aid edilə bilən 100-dən çox çaxmaq daşı və obsidian artefaktı əldə edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR