Ermənilər III mühribəyə hazırlaşır?

09:47 17-08-2023 | icon 452 | Müharibə
Ermənilər III mühribəyə hazırlaşır?

"Əgər Ermənistana sülh lazım deyilsə, Azərbaycana da lazım deyil"

 

Ermənistan Azərbayanla sərhəddə qoşun yıgır, üstəlik Qarabağda qalan qeyri-qanunu erməni silahlı birləşmələri sülhmıramlıların nəzarətində olan ərazilərimizdə yeni hərbi istehkamlar qurur, hərbi hazırlıqlar keçirlər. Bir yandan da ""humanitar böhran", "soyqırım" iddiaları ilə ölkəmizə qarşı absurd çıxışlar edir, beynəlxalq ictimaiyyəti üzərimizə qaldırmağa cəhdlər edirlər. Erməni daşnaqların BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyasına çevirmsi, Üçtərəfli Bəyanatın 4-cü bəndində məhəl qoymaması Azərbaycana qarşı məkirli niyyətlərin göstəricisi olmaqla, regionu növbıti dəfə hansı məngənəyə salmaq istəklərini ortaya qöyur. Nə baş verir: ermənlər III Qarabağ savaşına hazırlaşır və cavabları nə olacaq? 

 

 

Hərbi ekspert Şair Ramaldanov Versus.az-a bildirib ki, ermənilərin Azərbaycanla dövlət sərhəddində, Qarabağ iqtisadi zonasında  hər gün yeni təxribat ssenarisi hazırladığını bildirib.

 

O, Qırmızı Xaç Komitəsinin xətti ilə humanitar yardımın Xankəndiyə aparlması bəhanəsi ilə ermənilərin Laçın yolunda qurduqları  TIR şousunun bu gün beynəlxalq informasiya sistemində dünya ictimaiyyətinə çatdırılmasını növbəti təhlükəli oyun adlandırıb.  Bildirib ki, erməni separatçılar bu günə qədər Laçın yoluna 22 tır yığıb:

 

“Müharibədən keçən 3 il ərzində, yolun açıq olduğu bir vaxtda ermənilərdən Qarabağ iqtisadi zonasına bu qədər “yardım TIR-ı” getmirdi. Bu gün sərhəddə bu qədər TIR-ın yığılması dövlət təhlükəsizliyi üçün növbəti təhdidləri yaradır”.

 

Ekspert bəyan edib ki, Ermənistan davranışları ilə sülhə gəlmədiyini dəfələrlə göstərib:

 

“Ermənilərin bugünkü mövqeyi, atəşkəsi pozması sərhəddə daha çox gərginlik yaratması Azərbaycanın sərhəd təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görməyə məcbur edib. Ümumən, hər hansı yüklərin bir dövlətdən digər dövlətə keçirilməsinin müəyyən beynəlxalq noramalar çərçivəsində mexanizmi var və o, mexanizmin işləməsi müəyyən zaman tələb edir.  TIRların gəlib Azərbaycana keçmək üçün sərhəddə yığılması da bu mənada absurdur”.

 

Ş.Ramaldanov xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı soyqırımlar, deportasiyalar, qətliamlar, işğallar törtməsinə baxmayaraq Azərbaycan regionda sülhün bərqərar olması naminə alternativ marşrut olaraq Ağdam - Xankəndi yolunu təklif edib. O, Azərbaycanın bu yolun daha əlverişli olduğunu əsaslandırdığını bir neçə amillərlə önə çəkib:

 

“Birincisi, bu yol məsafənin daha qısa olmasına görə sərfəlidir. Bərdə rayonunda QXK qərargahı var və oradan Ağdama, Xankəndinə 71 kilometr yoldur. İrəvandan isə Xankəndinə 330 kim-dir. Eyni zamanda Ağdam-Xankəndi yolu nisbətən düzdür və ilin hər fəslində işlək vəziyyətədə olur, təhlükəszidir. Hətta Rusiya sülhməramlılarının bu yoldan istifadə edərək Xankəndiyə getməsinin təmin edilməsi daha əlverişlidir. Bir sözlə, bu yolda loqistik imkanalar daha genişdir. Azərbaycan yolun təhlükəsizlik zəmanətini öz üzərinə görtürür. Azərbaycan erməni millətindən olub Azərbaycanda yaşayan bütün erməniləri ərzaq, tibbi ləvazimatlar, enerji ilə təmin edə bilər. Azərbaycan ermənilərə bu şəkildə geniş imkanları özündə ifadə edən əsaslı, əlverişli təkliflər verib. Amma Ermənistan öz bildiyini edir, müxtəlif  təxribatlarla sülhün qarşısını alır, Tır şousu ilə beynəlxalq qurumlarda Azərbaycana mənfi imici yaratmağa, Qarabağda guya barikadada olan ermənilərin çox çətin durumda olmasını bəyan etmək üçün çalışır”.

 

Hərbi ekspert hesab edir ki, Azərbaycan məsələləri soyuqqanlı diplomatiya ilə izləyərək, bütün prosedurları beynəlxaql hüquq, dövlət maraqları çərçivəsində həll etməyə çalışsa da, lazım olan anda hərbi təzyiq mexanizmini işə salmağa məcburdur.

 

Ş.Ramaldanov Azərbaycanın ermənilərə Ağdam-Xankəndi yolunu təklif edəndən sonra sülhməramlı qüvvələrin yerləşdiyi ərazidə atəşkəsin pozulmasına diqqət çəkib:

 

“İndiyə qədər həmin istiqamətdə sakitlik idi. İndi isə Laçın yolu istiqamətinə əlavə qüvvələr yığılır, texnika gətirilir, şəxsi heyətin sayını çoxaldırlar. Şübhəsiz ki, ermənilər yeni hərbi insident yaratmaq niyyətini güdür. Belə olan halda Azərbaycan ordusunun əsas işi erməni təxribatlarının qarşısını almaq və erməni quldurlarını ərazilərimizdən uzaqalaşdırmaqdır”.

 

Ş.Ramaldanov bildirib ki, erməni və havadarları məhz sülh müqaviləsinin bağlana biləcəyi ilə bağlı aktivliyin yaranmasından narahat idi:

 

“Düşünürlər ki, silahlı insident yaranarsa sülh müqaviləsinin bağlanması uzanacaq. İndiyə kimi 3 nüfuzlu platformada- Rusya, Avropa, ABŞ -da məhz Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı görüşlər keçirdilib, müəyyən nəticələr əldə olunub. Bu gün Ermənistanın bu cür qeyri - konstruktiv mövqe sərgiləməsinə baxamayaraq heç bir platformadan onlara irad tutan yoxdur. Rusiya sülh müqaviləsini tələskənlik sayır, Avropa TIR lar şousunda ermənipərəst mövqe sərgiləyir. ABŞ orta mövqe sərgiləməklə mətbuatda çıxışlar edir. Bütün bunlar göstərir  ki, bu platformalarda keçirilən görüşlər sadəcə görüş xətrinə baş verib, regionda öz maraqlarını təmin etmək məqsədi daşyır. Ermənistana yetərli qədər təzyiq mexanizmləri  ola -ola Ermənistanı sülh müqaviləsini bağlamağa vadar edib, ən azı Tır şousunda məsələyə obyektiv qiymət verə bilərdilər. Undurlar ki, vəziyyət gərginləşə bilər”.

 

Ş.Ramaldanov hesab edir ki, ermənilərin revanşist, müharibə ritorikalı addımları iri miqyasılı hərbi təxribatlara əl ata biləcəklərindən xəbər verir. İkilistndartlar dünyanı belə bir gərgin vəziyyətə gətirib:

 

"Biz bunu Ukrayna, Tailand istiqamətndə də görürük. Regionda da təhlükə var və burada Rusiya və ona qarşı olan dövlətlərin maraqları toqquşur. Bu maraqların arxasında olan ölkələr Ermənistanı silahlandırır, təlimatlandırır. İstəyirlər ki, regionda gərginlik qalsın, “ocaq yanmasa da, tüstülənsin”. Bütün bunlar  Azərbaycan ordusunun güclənməsini, ordunun yeni texnika və silahlarla təmin olunmasını tələb edir. Azərbaycan ordusu mətinlə düşmənin hər hansı təxribatının qarşısını ala bilir. Ehtiyac olarsa Ali Baş Komandanın digər əmrlərini də yerinə yetirməyə hazırdır”.

 

 

 

Hərbi ekspert Telman Qasımov Ermənistanın, Qarabağdakı separatçı rejimin getdikcə aqressivləşdiyini, Azərbaycana qarşı təxribatlarını daha da genişləndirdiyini deyib.

 

Ekspert  bu gün erməni revanşistlərin mərkəzləşdirilmiş şəkildə hərəkət etdiyini və nəticənin bölgə, eləcə də Ermənistan üçün heç də ürəkaçan olmayacağını deyib:

 

“Ermənilərin Los-Ancelesdəki Azərbaycan konsulluğunun qarşısənda keçirdiyi  etiraz  aksyaları, Araik Aratunyanın, Vardan Oskanyanın, Ruben Vardanyanın, Davd Babayanın Azərbaycana qarşı timsah göz yaşları və Paşinyanı Azərbaycanla beynəlxaq platformalarda bağladığı şifahi razılıqlara görə ciddi tənqid etmələri, onu  Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı fikirlərindən yayındırmaq çağırışları, hökumətdən müharibə istəmələri real Ermənistanın mövqeyini ortaya qoyur. Radikal qruplar hökümətin qarşısında etirazlar təşkil Azərbaycana qarşı geniş miqyaslı əməlyyatlara başlanılmasını tələb edirlər. 44 günlük savaşdan sonra ermənilərin dinc oturmayacağı, Azərbaycana qarşı növbəti hibrit müharibəsinə başlayacağını bilirdik. Erməni radikal qüvvələr bu gün də Qarabağda yaşayan ermənilərin vəziyyətinin ağırlaşmasını  öz cinayətkar əməlləri ilə deyil, dekabr ayının 12-də Azərbaycan ekoaktivislərinin ekoaksiya ilə əlaqələndirir, Həkəri çayı üzərində qurulan keçid – buraxılış məntəqəsini həmin aksiyanın nəticəsi hesab edirlər. Ermənilər hay-küy qaldırır ki, su, ərzaq qıtlığı yaranıb, iqtisadiyyat çöküb, ermənilər blokadadır. Lakin hər kəsə yaxşı məlumdur ki, Azərbaycan  öz ərazisində yaşayan separatçıların təsiri altında yaşayan erməni vətəndaşlarının həyat şəraitini təmin etmək üçün bir sıra təkliflərlə çıxış edib, erməni əhalisini danışıqlara dəvət edib. Ermənilər bu danışıqlardan da yayınır. Eyni zamanda başqa torpaqlara iddia edən erməni revanşistləri, eləcə də “humanitar böhran iddiasını əllərində bayraq edən bəzi ermənipərəst dövlətlər, illərdir Naxçıvanın Ermənistanın işğal siyasəti nəticəsində blokadada qaldığını nə “ağıllarına”, nə də dillərinə gətirmirlər. Azərbaycana qarşı bu cür yersz, absurd iddialar, ittihamlar davam edərsə, eləcə də beynəlxalq müstəvidə erməni cinayətlərini dəstəklıyən addımlar görünərsə, müharibə hazırlıqlarına son qoyulmazsa Azərbaycan əvvəlki təcrübədən istifadə edərək sentyabra qədər erməni quldurlarının dərsini vermək üçün  əməliyyatları tezləşdirməlidir”.

 

 

 

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Vətən müharibəsinin başa çatmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmir:

 

“Eyni zamanda Ermənistan ərazi bütövlüyünü tanıdığı Azərbaycanın Qarabağ bölgəsindən öz silahlılarını  çıxartmır və  Azərbaycan ərazilərinə keçmək üçün Laçın yolunu hədəf seçməklə ölkəmizə qarşı təzyiqlərini, ərazi iddialarını davam etdirir.  Ermənistanın Azərbaycanla şərti sərhəddə silahlı birləşmələrinin konsentrasiyasını artırması, eyni zamanda rusların müvəqqəti nəzarətində olan ərazilərdə kifayət qədər geniş mühəndis istehkam işlərinə başlaması Azərbaycan üçün növbəti erməni təxribatlarına hazırlıqlar üçün ciddi əsaslar verir”. 

 

Ə.Verdiyev deyib ki, əgər Ermənistan tərəfinə sülh lazım deyilsə, Azərbaycana da lazım deyil:

 

“Əgər Ermənistan müaribə yolu seçirsə, Azərbaycan sülh istəsə belə onu təkbaşına təmin edə bilməz.  Proseslər onu göstərir ki, Ermənistan regionda  sülhün və təhlükəsizliyin əldə olunmasında maraqlı deyil, eskolasiyanın yaranmasında və genişlənməsində maraqlı tərəfdir. Ermənistanın bu addımları revanşist qüvvələrlə bərabər Azərbaycana qarşı addım atmaq niyyətində olan bütün erməni siyasi qüvvələrinin də ciddi cəzalandırılması ilə nəticələnə bilər. Qarabağ və sərhəd ərazilərində 17 dəfə məğlubiyyətə düçar qalan Ermənistan öz fəaliyyətləri barədə ciddi korreksiyalar etməlidir. Əks halda Ermənistanın cəzalanması bu revanşist niyyətlərə düşən daşnaq komandasının və onun havadarlarının çox ciddi itkilərə məruz qalması ilə nəticələnəcək”.

 

 

Hərbi ekspert Emin Həsənli Ermənistanın üzərinə götürdüyü öhtəliyi yerinə yetirmədiyini deyib. O, bildirib ki, beynəlxalq hüquqda ən ağır cinayətləri-işğal, soyqırım, separatism, terror törədən Ermənistana qarşı yetərli qərar qəbul edilməyib. Əksinə, bəzi böyük güclər onlara dəstək verib.

 

E.Həsənli Azərbaycanın 44 günkük müharibədə BMT TŞ-nın 4 qətnaməsini özü yerinə yetirdiyini qeyd edərək, bu gün də 10 noyabr bəyanatının şərtlərini özü icra edəcəyini qeyd edib:

 

“Çünki Ermənistan üzrinə götürdüyü öhtəlikləri yerinə yetirməyə məcbur edilmir. Təəəssüflər olsun ki, bölgədə olan rus sülhməramlıları da ölkə rəhbərlərinin imzası olan bəyanatın bəndlərini yerinə yetirmirlər. Hələ də erməni separatçıları bölgədə, Ermənistan özü sərhəddə qoşunlar yığır. Yenə atəşkəs pozulur. Proseslər ona gedir ki, Ermənistanın yeni yeni aldığı silahlar da yeni yaratdığımız qənimətlər parkına yığılacaq. Bunun başqa alternativi yoxdur. Yaxın zamanlarda özümüz 10 noyabr bəndlərini icra edib Ermənistanı sülh müqaviləsini bağlamağa məcbur edəcəyik”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR