Röya Azərbaycanda bir yeniliyə imza atacaq

15:58 17-08-2023 | icon 389 | Şou-biznes
Röya Azərbaycanda bir yeniliyə imza atacaq

Bakı səhnəsində ilk dəfə robotlardan istifadə olunacaq

 

Xalq artisti Röya Ayxan 1,2,3 sentyabrda Bakı Konqress Mərkəzində baş tutacaq solo konsertinin hazırlıqlarına başlayıb.

 

Versus.Az xəbər verir ki, bir neçə həftə əvvəl məşqlərə start verilən musiqili gecə ilə bağlı bir neçə detal məlum olub.

 

Belə ki, müğənni Azərbaycanda bir yeniliyə imza atacaq, Bakı səhnəsində ilk dəfə robotlardan istifadə olunacaq. Məlumata əsasən, bunun üçün xarici ölkələrlə danışıqlar aparılıb və müzakirələr müsbət nəticələnib. Robotlar və texnika konsertdən bir neçə gün əvvəl paytaxta gətiriləcək. Nəinki Bakıda, dünyada çox nadir hallarda sözügedən robot ve texnikalardan istifadə edilir. Bunun üçün də solo konsertə böyük heyət cəlb olunub. Təşkilatçılar tamaşaçıların uzun müddət unutmayacağl, mükəmməl və qüsursuz qeyri-adi bir şou vədini verir.

 

Həmçinin, gecədə 24 mahnı səsləndiriləcək və sözügedən ifalara özəl libaslar hazırlanacaq. Artıq hər bir çıxış üçün səhnəcik qurulub.

 

Konsertin quruluşçu rejissoru yenə də Ranar Musayevdir.

 

Səs-küyə səbəb olacaq tədbirin təşkilatçıları “Kevents Group” və “Peachline”, konsertin prodüseri isə Kənan Bayramovdur.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR