“Azərbaycan vətəndaşı olmayan ermənilər dərhal deportasiya edilməlidir”
Ağasəf İmran: “erməni separatizminin kökündən həll olunması üçün qəti addımlar atılmalıdır”
“BMT TŞ-da ermənilərin sözdə Azərbaycana qarşı “humanitar fəlakət”, “humanitar soyqrıım, etnik təmizləmə” iddialarına qarşı faktiki olaraq üzləşdiyimiz soyqırımları, Ermənistandan qovulan 4 milyon azərbaycanlının hansı hüquq pozuntularına məruz qoyulması, eləcə də 30 il müddətində Azərbaycan ərazilərini işğal edən zaman törətdikləri çinayətləri əyani şəkildə ortaya qoymalıyıq. Biz Ermənistanda bir nəfər də olsun müsəlman türkünün yaşamadığını hər bir məqamdan istifadə edərək dünya ictimaiyyətinə çatdırmalı, buna baxmayaraq regionda sülhün təmin olunması naminə verdiyimiz konstruktiv təkliflərin qəbul olunması üçün Ermənistana və erməni separatçılarına sona qədər yalvarmayacağımızı da bəyan etməliyik. Regionda erməni separatizminin kökündən həll olunması üçün Azərbaycan qəti addımlar atmalıdır”.
Versus.Az xəbər verir ki, bunu “İqtisadi Fikir” İctimai Birliyinin vitse-prezidenti, iqtisadçı alim Ağasəf İmran ermənilərin Azərbaycan əraziləri ilə bağlı həyasız iddialarının BMT-də müzakirə olunması və haqlı olaraq məsələnin müzakirəsi zamanı Ermənistanın hər hansı bir iddasının qəbul olunmaması reallığı və erməni düyünündən xilas olmaq üçün çıxış yollarını bildirən zaman qeyd edib.
A.İmran qeyd edib ki, bugünkü geosiyasi reallıq, şərait Azərbaycanın tərəfindədir:
“İkilistandartlarla çxış edən beynəlxalq ictimaiyyət öz ərazisində hüquqları pozulan, insanları deportasiyaya, torpaqları işğala məruz qalan tərəf olaraq Azərbaycanı açıq şəkildə ittiham edə bilməz. Heç şübhəsiz ki, Ermənistan və havadarları bunun üçün “humanitar fəlakət” şousu düzənləsələr də, Azərbaycan diplomatiyası düşməni öz silahı ilə vurdu. Amma bu, heç də erməni düyününün açılması deyil. Ermənistan və ermənipərəst qüvvələr öz maraqlarını təmin etmək üçün cəhdlərindən geri çəkilməyəcək”.
A.İmran bu mənada “erməni düyünündən” xilas olmaq üçün təklif verib:
“Yeganə çıxış yolu, ən optimal variant Qarabağdakı erməniləri Ermənistana köçürməkdir. İndiki müzakirələrdə reinteqrasiya prosesinin üzərində dayanılması xeyrimizə deyil, gələcəyin bombasıdır. Əgər Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıbsa, nəyə görə biz Azərbaycan daxilində reinteqrasiyadan danışmalıyıq? Bu təklif Rusiyadan verilib, Avropa da bunu bəyənib. Yeganə çıxış yolu ermənilərin çıxıb getməsidir. Bu gün “Ermənistan” -dediyimiz ərazidə bir nəfər azərbaycanlı saxlamayıblarsa, əgər ermənilərin qanında, canında birgə yaşayış yoxdursa, nəyə görə reinteqrasiya Azərbaycan ərazilərində olmalıdır. Nəyə görə Ermənistandan qovulan azərbacanlıların öz yerlərinə qayıdışı müzakirə edilmir. Hesab edirəm ki, biz BMT-də bu məsələni qaldırmalıyıq. Bu gün “humanitar soyqırım, etnik təmizlmə” iddiası ilə danışan Ermənistanın qarşsına bu faktlar qoyulmalıdır”.
A.İmran hesab edir ki, beynəlxalq güclərin Azərbaycana qarşı hansı maraqlarla hücuma keçməsinə baxmayaraq, mövcud şəraitdən istifadə edərək ermənilərə vaxt verilməli və nəhayətdə ərazilərdən çıxarılmalıdırlar. Onun fikrincə, başqa heç bir variant erməniləri işğaldan, müharibədən, separatçılıqdan əl şəkdirməyəcək:
“Ermənistandan köçən azərbaycan əhalisinin sayı 4 milyondir. 2 milyonu Azərbaycana, 2 milyonu Türkiyəyə köçüb. İndi ermənilər “genosid, etnik təmizləmə” ehtimalından danışır, amma özləri bunu Azərbaycana qarşı törədiblər. Bu faktı əsas götürərək Azərbaycan da bu köçürməni həyata keçirməlidir. Beynəlxalq təşkilatlar da 3-5 gün danışıb dayanacaqlar. Yaxud, əgər erməniyə dövlət lazımdırsa, Ermənistanda olan torpaqlarda vilayət yarada bilərlər. Bu gün Ermənistana onun vaxtilə bizə etdiklərini qaytarmaq lazımdır. Hesab edirm ki, danışıqları o cür aparmaq lazımdır. Ermənistan Azərbaycanda soyqırımlar, qətliamlar törədib, milyonlarla azərbaycanlını İrəvandan çıxardıbsa, biz nəyə görə onların nazı ilə oynamalıyıq. Separatçı ermənilər Qarabağı tərk etməlidir. Xüsusilə də əgər bu gün Azərbaycanın dağlıq ərazisində qalan mülki ermənilərin şəxsiyyət vəsiqələrində vətəndaşlığı Azərbaycan göstərilməyibsə, beynlxalq hüquq normalarına görə, dərhal ərazilərimizdən çıxmaları üçün tədbirlər görülməli, deportasiya edilməlidirlər. Beynəlxalq hüquqla hər bir ölkədə belədir: xarici vətəndaş icazəsiz başqa bir ölkədə 1-3 aydan artıq qala bilməz”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"