Ermənistan istədiyi nəticəni əldə edə bilmədi

17:49 18-08-2023 | icon 230 | Siyasət
Ermənistan istədiyi nəticəni əldə edə bilmədi

Qulamhüseyn Əlibəyli: “Qazandığımız qələbəni diplomatk cəbhədə də təsbit etməyə qabilik”

 

“BMT TŞ-dakı son müzakirələr bir daha onu göstərdi ki, Laçın sərhəd buraxılış məntəqəsi ətrafında Ermənistan hakimiyyətinin siyasi manipulyasiyası növbəti dəfə uğursuzliğa düçar oldu. Müzakirələrin TŞ-nın hər hansı bir mövqeyini ifadə edən sənədlə yekunlaşmaması Azərbaycan diplomatiyasının növbəti uğuru, Ermənistan diplomatiyasının isə iflası kimi də qiymətləndirilməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu hüqiqşünas, BDU-nun baş müəllimi Qulamhüseyn Əlibəyli ermənilərin BMT-də qoyduğu “tamaşa” ya hüquqi aspektdən yanaşmaqla bildirib.

 

Q.Əlibəyli müzikirələr zamanı Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin nümayəndələrinin çıxışlarının bir neçə məqamı ortaya çıxartdığını deyib:

 

“Birincisi, Laçında sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın beynəlxalq hüquqla tanınmış suveren səlahiyyətlərinə aiddir və bunu heç bir dövlət mübahisələndirə bilməz. İkincisi, Laçında sərhəd buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazisində yaşayan ermənilərin guya “humanitar fəlakət” vəziyyətinə düşməsi haqqında Ermənistanın, erməni diasporu, erməni lobbisi və ermənipərəst dairələrin qaldırdığı şou xarakterli hay-küy əsassızdır, Fransa və Ermənistanı daimi müdafiə edən bir-iki dövlət istisna olmaqla, heç kim bu yalanlara və süni göz yaşlarına inanmır. Üşüncüsü, humanitar yüklərin daşınması üçün Azərbaycan tərəfinin təklif etdiyi marşrut realdır və bundan istifadə oluna bilər”.

 

Q.Əlibəyli eyni zamanda qeyd edib ki, bütövlükdə Ermənistan Laçın sərhəd buraxılış məntəqəsi ilə əlaqədar məsələni BMT TŞ səviyyəsində beynəlxalq müstəviyə çıxara bilsə də, istədiyi nəticəni əldə edə bilmədi, TŞ-nın mövqeyini ifadə edən hər hansı bir sənədin - qətnamə və ya bəyanatın qəbuluna nail ola bilmədi:

 

“Azərbaycan nümayəndəsinin Ermənistan və onun havadarlarının iddialarına tutarlı cavabı onu anlatdı ki, Azərbaycan 44 günlük müharibədə qazandığı qələbəni diplomatk cəbhədə də təsbit etməyə qabildir. Dünya gücləri də yeni geosiyasi reallıqları tədricən də olsa qəbul etməyə başlayıblar”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq