Füzulidə qəbiristanlıqda tələ-mina aşkar edilib

17:52 18-08-2023 | icon 292 | Müharibə
Füzulidə qəbiristanlıqda tələ-mina aşkar edilib

Füzuli rayonu ərazisində qəbiristanlıqda tələ-mina aşkar edilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ-minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir.

 

Belə ki, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında bir ədəd TM-62M tank əleyhinə minasının üzərinə bir ədəd Ermənistan istehsalı olan piyada əleyhinə PMN-Э minasının, eləcə də partlayış gücünün artırılması məqsədilə qeyd olunan iki minanın arasına TNT (partlayıcı) yerləşdirilməsi faktına rast gəlinib.

 

Qeyd edək ki, tərkibində yeddi kiloqram partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-minası mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

 

Agentlik tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı mülki təyinatlı sahələrdə və ətraf ərazilərində dəfələrlə rast gəlinən bu kimi tələ-minaların quraşdılırması dinc əhaliyə, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

 

Müharibədən sonrakı dövrdə 180 mina insidentindən 128-i keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Cari ilin 18 avqust tarixinədək baş verən mina hadisələrində zərərçəkən 303 nəfərdən 217-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb.

 

Qeyd olunmuş faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşlara müraciət edərək təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa çağırır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR