“Lavrov planı”na reaksiya

19:29 18-08-2023 | icon 322 | Geopolitika
“Lavrov planı”na reaksiya

“Ölkələr öz hüquqları və hüdudları çərçivəsində fəaliyyət göstərməlidir”

 

“Yaxşı olardı ki, bütün ölkələr öz hüquqları və hüdudları çərçivəsində fəaliyyət göstərsinlər, digər ölkələrin daxili işlərinə qarışmasınlar, xüsusilə də başqa bir ölkədə inzibati vahidlərin tərtib olunması ilə bağlı hər hansı fikir səsləndirməsinlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan mediasında yayımlanan Rusiyanın Qarabağla bağlı təkliflərinin əks olunduğu “Lavrov planı” adlı sənədə münasibət bildirərkən deyib:

 

“Geniş şəkildə “Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisindəki erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” kimi adlandırılan və 14 maddədən ibarət olan bu sənədin maddələri mahiyyətcə başlıqla üst-üstə düşmür. Bir dövlət tərəfindən digər dövlət üçün müəyyən planın tərtib olunması, onun ərazi vahidinin formalaşdırılması üçün xüsusi bir müddəanın hazırlanması və qonşu dövlətin bu müddəalarla razılaşdırılması cəhdi normal deyil”.

 

İlqar Vəlizadə tarixə diqqət çəkərək bildirib ki, “Dağlıq Qarabağ” adlı bir ərazi vahidi məhz Sovet İttifaqı dönəmində Azərbaycana zorla tətbiq olunub və Moskva bu ərazi vahidinin mövcudluğuna bir qarant kimi çıxış edib:

 

“Sovet dövründə tətbiq olunan millətlər siyasəti nəzərdə tuturdu ki, müxtəlif millətlərin bir-birləri ilə münasibətlərinin tənzimlənməsində Moskva xüsusi rol oynamalıdır və oynayırdı da, bu yolla sabitlik tənzimlənirdi. İndi isə vəziyyət dəyişib. Azərbaycan, Rusiya və Ermənistan müstəqil dövlətlərdir. Ona görə də suveren bir dövlətin ərazisində baş verən proseslərə müdaxilə etmək qəbuledilməzdir. Beynəlxalq prinsiplərə görə, bir dövlət digər dövlətin daxili işlərinə qarışmamalıdır. Bu planda isə bəzi maddələrdə müdaxilə elementi var ki, bu, yolverilməzdir”.

 

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın suveren hüquqlarını bu və ya digər şəkildə öz ərazisində məhdudlaşdıracaq bir sənədin tətbiq edilməsi ilə Azərbaycan heç vaxt razılaşmaz:

 

“Azərbaycan Respublikasının Konstitusiyası var və burada hər şey aydın göstərilir.

Konstitusiyamızda bir millət digər millətlərdən fərqli tutulmur, hamısı Azərbaycan dövlətinin əraziləri daxilində bərabərhüquqlu şəkildə yaşayır. Yaxşı olar ki, bütün ölkələr öz hüquqları və hüdudları çərçivəsində fəaliyyət göstərsinlər. O zaman hər şey qaydasında olar və regionda vəziyyətin tənzimlənməsi ilə bağlı heç bir əlavə səyə ehtiyac qalmaz”. /report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...