“Bu, Ermənistan üçün biabırçı məğlubiyyət idi”

19:34 18-08-2023 | icon 295 | Siyasət
“Bu, Ermənistan üçün biabırçı məğlubiyyət idi”

Zaur Məmmədov: "Məqsəd isə Azərbaycanı BMT-də tələyə salmaq idi"

 

“Dünən Azərbaycan diplomatiyası asan olmasa da, BMT Təhlükəsizlik Şurasında Ermənistan, ermənipərəst qüvvələr və Fransa kimi ölkələr qarşısında çox böyük qələbə qazandı”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov ermənilərin Azərbaycana qarşı BMT TŞ-da açdığı müzakirələrə dair açıqlamasında bildirib.


Politoloq BMT-də açılan məlum iclasın əhəmiyyətinə diqqət çəkərək, əsas məsələnin Azərbaycanı etnik təmizləmə siysətində, soyqırımında günahlandırmaq və gələcəkdə Qarabağ ermənilərini Azərbaycandan qorumaq üçün zəmin hazırlamaqdan ibarət olduğunu deyib.


Ekspert ermənilərin Kosovada olduğu kimi “ayrılma” prinsipini həyata keçirmək üçün çabaladığını qeyd edib. Onun fikrincə, əslində bu olduqca təhlükəli bir president idi:

 

"Belə ki, kosovalılar 2008-ci ilin 17 fevral tarixində birtərəfli qaydada dövlətdən ayrılmşdılar və 2010-da Haqada yerləşən beynəlxalq məhkəmə kosovalıların bu hüququnu tanımışdı. İddia edilirdi ki, əgər mərkəzi hakimiyyət tərəfindən etnik təmizlmə siyasəti aparılıbsa, insanlara qarşı qəddarcasına hərəkət edilibsə o zaman ayrılma prinsipinə baxıla bilər. Nikol Paşinyan da 44 günlük müharibədən sonra bəyan etdi ki, Qarabağ problemi ərazi problemi deyil və bu, Paşinyanın hiyləgər addımı idi. Onun “Qarabağ problem ərazi münaqişəsi deyil, insan hüquq və təhlükəsizliyi münaqişəsidir” deməsi, o demək idi ki, Qarabağa iddialarının beynəlxalq aləmdə tanınmayacağını bilirdilər. Buna görə artıq insan hüquq və təhlüksizliyi, soyqırım, blokada məsələlərini bilərəkdən gündəmə saldılar. Yoxsa, nəyə görə Ermənistanla Azərbaycan arasında pozitiv görüşlərin keçildiyi bir vaxtda cavabının nə olacaını bilə-bilə Laçın sərhəddinə humanitar yüklər göndərir, Yevlaxda planlaşdrılan görüşdən, Ağdam-Xankəndi yolunun açılmasından imtina edirdilər. Məqsəd Azərbaycanı BMT-də tələyə salmaqdan ibarət idi. BMT TŞ-yə üzv ölkələrinin bəzilərinin Azərbaycanın yanında olması, Ermənistanı tənqid etməsi qeyri-daimi üzvlərin necə çıxış etməsi bizim üçün çox müsbət hal idi”.

 

Z.Məmmədov bldirib ki, əslində Ermənistan özü də BMT TŞ-nın iclasında hər hansı qətnamənin qəbl olunmasını gözləmirdi:

 

“Ən azı şifahi bəyanat gözləsə də, olmadı. Bu, Ermənistan üçün biabırçı məğlubiyyət idi”.

 

Ekspert bundan sonrakı addımarın yol xəritəsində Yevlaxda nəzərdə tutulmuş təxirə salınmış görüşün baş tutacağını, alternativ yollarla bağlı məsələlərə baxılacağını proqnozlaşdırıb:

 

“Əks halda Azərbaycan antiteror əməliyyatları keçirmək hüququna malikdir. BMT TŞ-da aparılan müzakirələr Qarabağın Azərbaycanın ərazisi olmasını, separatçların ordan çıxarılmasının vacibliyini, eyni zamanada Azərbaycann istənilən legitim yola əl atmaq hüququnun olduğunu göstərdi”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...