"Demək olar ki, sülh prosesi dayanıb"

19:39 18-08-2023 | icon 245 | Siyasət
"Demək olar ki, sülh prosesi dayanıb"

Məhəmməd Əsədullazadə: "Ermənistanı sülhə məcbur etmək üçün hərbi əməliyyatlar mütləqdir”

 

Qarabağ separatçı rejimi əhalini Azərbaycan ordusuna qarşı təxribata hazırlayır. Ermənistan mediasının məlumatına görə, Ruben Vardanyanın rəhbərlik etdiyi “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlim keçməyə başlayıb. Ermənilərin işğal hərisliyi, müharibə ritorikasından əl çəkmirsə hansı zəmini hazırlayır?


Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan və Qarabağda mövcud olan qeyri-qanuni silahlı birləşmələr sülhə gəlmək istəmir.

 

Onun sözlərinə görə, Qarabağdakı erməni separatçılar, xüsusən də Rusiyanın emissarı Ruben Vardanyan özünün yaratdığı komitə vasitəsi ilə erməni gənclərini silahlandırma, dağlarda döyüş fəaliyyətini həyata keçirmə işlərini intensivləşdirib:

 

“Göründüyü kimi separatçılar birgə yaşayışın əleyhinədir və Azərbaycanın reinteqrasiya siyasətini qəbul etmirlər. Hesab edirəm ki, burda əsas hərərkətverici qüvvə Rusiyadır. Rusiya Azərbaycanın Xankəndiyə nəzarəti həyata keçirməsini istəmir. Ruben Vardanyan da Qarabağda Azərbaycanın reinteqrasiya siyasətinə maneə olmaq və Qarabağdakı erməni gəncləri silahlandırmaq üçün təlimatlandırılıb. Ermənistan özü də hərbi təxrinatlarda maraqlıdır. Demək olar ki, sülh prosesi dayanıb”.

 

Brüssel və Vaşinqtonun vasitəçilik missiyasının fiaskoya uğradığını deyən M.Əsədullazadə hesab edir ki, Azərbaycan artıq antiterror əməliyyatı həyata keçirməlidir:

 

“BMT Təhlükəszilik Şurasının iclasından sonra Azərbaycanın mövqeyi daha da güclənib və Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Ermənistanı sülhə məcbur etmək üçün hərbi əməliyyatlar mütləq lazımdır”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR